Azərbaycan və
Bolqarıstan arasında müdafiə sənayesi
sahəsində əməkdaşlığın
perspektivləri müzakirə edilib
Fevralın
10-da müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda
səfərdə olan Bolqarıstanın iqtisadiyyat naziri Bojidar
Lukarskinin başçılıq etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Müdafiə
Sənayesi Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildiriblər ki, görüşdə iki ölkə
arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın
perspektivləri və qarşılıqlı maraq doğuran
digər məsələlər müzakirə edilib.
Nazir
Y.Camalov Azərbaycan və Bolqarıstan arasında müxtəlif
sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığın
yüksək qiymətləndirildiyini söyləyib. O,
nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə
də məlumat verib.
Görüşdə
Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova da
iştirak edib.
Azərbaycan.-2015.- 11 fevral.- S.4.