“ADA” Universiteti yeni anlaşma memorandumu imzalayıb

 

 

“ADA” Universiteti ilə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Araşdırma Təhsil Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Sənədi “ADA” Universitetinin rektoru, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Hafiz Paşayev İran İslam Respublikası xarici işlər nazirinin müavini doktor Hadi Suleymanpur imzalayıblar.

Universitetdən AzərTAc-a bildiriblər ki, memoranduma əsasən tərəflər tələbə müəllim mübadiləsi, birgə araşdırmaların həyata keçirilməsi, konfrans simpoziumların təşkili, mədəni proqramlarda iştirak kimi məsələlərdə razılığa gəliblər.

Qeyd edək ki, “ADA” Universiteti artıq ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Argentina, Niderland Krallığı, Çin, Litva kimi ölkələrin bir sıra universitetləri ilə yaxından əməkdaşlıq edir.

 

Azərbaycan.-2015.- 11 fevral.- S.6.