“Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli Fərmanının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il   23 sentyabr tarixli 739 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli Fərmanı ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 fevral 2015-ci il

Azərbaycan.-2015.- 12 fevral.-  S.1.