Azərbaycan Prezidenti İlham Əliyev Fransa
Senatının
üzvü Jan-Mari Bokelin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də
Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari
Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun
nümayəndə heyətini qəbul edib.
Azərbaycan
ilə Fransa arasında ikitərəfli əlaqələrin
müxtəlif istiqamətlərdə, o cümlədən
parlamentlərarası əməkdaşlıq sahəsində
yüksək səviyyədə olduğunu məmnunluqla qeyd
edən Prezident İlham Əliyev münasibətlərimizin
möhkəmləndirilməsində Fransa Prezidenti Fransua
Ollandla keçirdiyi mütəmadi görüşlərin
önəmini vurğuladı. Dövlətimizin
başçısı Fransa nümayəndə heyətinin Azərbaycana
səfərinin ölkəmizlə yaxından tanış
olmaq və ikitərəfli əlaqələrimizin perspektivləri
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparılması baxımından
yaxşı imkan yaradacağına ümidvar olduğunu
bildirdi.
Fransa
Senatın üzvü, keçmiş nazir Jan-Mari Bokel Prezident
İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında
Azərbaycan nümayəndə heyətinə rəhbərlik
etdiyi dövrdə bu qurumda çalışmasını və
eləcə də iki il bundan əvvəl Fransa nümayəndə
heyətinin tərkibində Azərbaycana səfər etməsini
məmnunluqla xatırladı.
Görüşdə
Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin
müxtəlif istiqamətlərdə, o cümlədən
parlamentlərarası və beynəlxalq əməkdaşlıq
sahələrində, eləcə də ölkələrimizin
regionları arasında əlaqələrin genişləndirilməsi
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2015.- 12 fevral.- S.1.