Tikinti materiallarının və məmulatının standartlara

uyğunluğunun yoxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 27                                                  Bakı şəhəri, 3 fevral 2015-ci il

 

 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin 2015-ci il 3 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Tikinti materiallarının məmulatının standartlara uyğunluğunun yoxlanılması

 Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu QaydalarAzərbaycan Respublikasının Şəhərsalma  Tikinti Məcəlləsi”nin 55.1-ci maddəsinə əsasən hazırlanmışdır  tikintiyə dövlət nəzarəti aparılarkən tikinti materiallarının məmulatının standartlara uyğunluğunun yoxlanılması (bundan sonra - yoxlama) qaydalarını müəyyən edir.         

1.2. Yoxlamanın məqsədi tikinti materiallarının məmulatının keyfiyyətinin standartlarda nəzərdə tutulan tələblərə uyğunluğunu təmin etməklə istehlakçıların,  dövlətin təsərrüfat subyektlərinin hüquq mənafelərini qorumaqdan ibarətdir.       

1.3. Tikinti materiallarının məmulatının keyfiyyətinə təhlükəsizliyinə dair tələblər qanunvericiliklə, beynəlxalq təşkilatların ya xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olan (tanınmış) müvafiq standartları ilə tənzimlənir.         

1.4. Yoxlama Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikasının Qanununa bu Qaydalara uyğun aparılır.

 

2. Yoxlamanın həyata keçirilməsi qaydaları

                

2.1. Tikintiyə dövlət nəzarəti çərçivəsində aparılan yoxlamalar zamanı aşağıdakı hallarda tikinti materialları məmulatı nümunələrinin standartlara uyğunluğu yoxlanılır:

2.1.1. Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin 54.2-ci maddəsinə müvafiq olaraq tikinti materiallarının məmulatının standartlara uyğunluğuna dair sertifikatı olmadıqda;

2.1.2. Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin 54.4-cü maddəsinə müvafiq olaraq tikinti materiallarının məmulatının sertifikatlaşdırılmasının mötəbərliyinə, habelə təhlükəsizlik tələblərinə uyğunluğuna əsaslı şübhələr olduqda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələbinə əsasən.

2.2. Yoxlama barədə qərar yoxlayıcı orqanın rəhbəri ya onu əvəz edən şəxs tərəfindən qəbul edilir.

2.3. Yoxlama barədə qərar əsaslandırılmalı, yazılı formada tərtib edilməli aşağıdakıları əks etdirməlidir:

2.3.1. qərarın nömrəsi, qəbul edilmə tarixi vaxtı;

2.3.2. tikinti materiallarının məmulatının sınaq nümunələrini (bundan sonra - sınaq nümunələri) götürmək səlahiyyəti olan yoxlayıcının vəzifəsi, soyadı, adı atasının adı;

2.3.3. sınaq nümunələrinin yoxlanılması aparılacaq sifarişçinin adı yerləşdiyi ünvan;

2.3.4. yoxlanılması aparılacaq tikinti materiallarının məmulatının adı;

2.3.5. yoxlanılması aparılacaq tikinti materialını məmulatını dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya s.)

2.3.6. götürülməli olan sınaq nümunələrinin sayı;

2.3.7. götürülmüş sınaq nümunələrinin uyğunluğunun yoxlanacağı parametrlər;

2.3.8. yoxlamanı aparacaq laboratoriyanın ya digər təşkilatın adı;

2.3.9. yoxlayıcı orqanın möhürü, yoxlayıcı orqanın rəhbərinin ya onu əvəz edən şəxsin imzası, soyadı, adı atasının adı.

2.4. Yoxlama sifarişçinin ya onun təyin etdiyi texniki nəzarətçinin bilavasitə iştirakı ilə aparılır.

2.5. Sınaq nümunələri sifarişçinin ya onun təyin etdiyi texniki nəzarətçinin iştirakı ilə yoxlayıcı tərəfindən götürülür sınaq nümunələrinin götürülməsi aktı ilə rəsmiləşdirilir.

2.6. Sınaq nümunələrinin götürülməsi barədə aktda aşağıdakılar göstərilməlidir:

2.6.1. aktın tərtib edilmə tarixi sınaq nümunələrinin dəqiq götürülmə vaxtı;

2.6.2. sınaq nümunələrinin götürülməsinin əsaslandığı bu Qaydaların 2.3-cü bəndində göstərilən qərarın nömrəsi, qəbul edilmə tarixi vaxtı;

2.6.3. sınaq nümunələri götürülmüş sifarişçinin adı yerləşdiyi ünvan;

2.6.4. sınaq nümunələrini götürən yoxlayıcının vəzifəsi, soyadı, adı atasının adı;

2.6.5. sınaq nümunələrinin götürülməsində iştirak edən sifarişçinin ya onun təyin etdiyi texniki nəzarətçinin soyadı, adı atasının adı;

2.6.6. nümunəsi götürülmüş tikinti materialının məmulatının  adı;

2.6.7.  nümunəsi götürülmüş tikinti materialını məmulatını dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya s.);

2.6.8. götürülmüş sınaq nümunələrinin sayı;

2.6.9. götürülmüş sınaq nümunələrinin müqayisə ediləcəyi parametrlərin təsviri;

2.6.10. əgər varsa, sifarişçinin ya onun təyin etdiyi texniki nəzarətçinin izahatı, iradı ya etirazı;

2.6.11. sınaq nümunələrini götürmüş yoxlayıcının imzası;

2.6.12. sınaq nümunələrinin götürülməsində iştirak etmiş sifarişçinin ya onun təyin etdiyi texniki nəzarətçinin imzası.

   

3. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi

    

3.1. Götürülmüş tikinti materialları məmulatı nümunələrinin standartlara uyğunluğu akkreditasiya olunmuş tikinti materiallarının məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyaları ya sınaq laboratoriyaları (bundan sonralaboratoriya) tərəfindən yoxlanılır nəticələr protokolla rəsmiləşdirilir.

3.2. Yoxlamanın nəticələri barədə protokolda aşağıdakılar əks etdirilməlidir:

3.2.1. protokolun nömrəsi, tərtib edilmə tarixi dəqiq vaxtı;

3.2.2. sınaq nümunələrinin çatdırılma tarixi dəqiq vaxtı;

3.2.3. tətbiq edilən yoxlama metodları barədə məlumat;

3.2.4. araşdırılan göstəricilərin (parametrlərin) normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyəsi;

3.2.5. araşdırılan göstəricilərin (parametrlərin) tədqiq (sınaq) nəticəsində əldə edilmiş səviyyəsi;

3.2.6. əldə edilmiş nəticələrdə xəta (mümkün dəqiqlik).

3.3. Yoxlamanı aparan laboratoriya yoxlama bitdikdən sonra növbəti günündən gec olmayaraq yoxlamanın nəticələri barədə protokolu yoxlama barədə qərarı qəbul etmiş yoxlayıcı orqana alınmasını təsdiq edən poçt vasitəsilə göndərir.

3.4. Sınaq nümunələrini götürmüş yoxlayıcı sifarişçiniya onun təyin etdiyi texniki nəzarətçini yoxlamanın nəticələri ilə tanış etməlidir və tələb edildikdə, yoxlamanın nəticələri ilə bağlı izahatlar və məsləhətlər verməlidir.

3.5. Laboratoriyada aparılan sınaqların nəticələrinə əsasən sınaq nümunələri keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdikdə, yoxlamanın nəticəsi müsbət, sınaq nümunələri keyfiyyət və təhlükəsizlik tələblərinə cavab vermədikdə, yoxlamanın nəticəsi mənfi sayılır.

3.6. Sınaqların mənfi nəticələri nümunələrin seçildiyi məhsul partiyasına şamil edilir.

3.7. Sifarişçi yoxlayıcı orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya)  məhkəməyə şikayət verə bilər.

 

Qeyd.Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 5-ci bəndinə uyğun olaraq edilə bilər.

 

 

Azərbaycan.-2015.- 12 fevral.- S.2.