Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli
qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya
nümayəndəliklərinin dövlət qeydiyyatı ilə
bağlı sazişin hazırlanması üçün danışıqların
aparılması və bağlanması Qaydaları”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 23 Bakı
şəhəri, 2 fevral 2015-ci il
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1078-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 noyabr tarixli 870 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 3, maddə 236; 2014, ¹ 6, maddə 739) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nın 2.1-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Təşkilat tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 12 fevral.- S.2.