“Hüquqi şəxslərin
dövlət reyestrinin aparılması,
istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət
reyestr kitabı”, “Qeyri-kommersiya
hüquqi şəxslərinin dövlət
qeydiyyatı haqqındaşəhadətnamə”, “Təhsil
müəssisələrinin dövlət qeydiyyatı
haqqında şəhadətnamə”, “Qeyri-kommersiya
qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən
çıxarışın forması və
çıxarışda göstərilən məlumatların
həcmi” və “Qeyri-kommersiya
qurumlarının və təhsil müəssisələrinin
dövlət qeydiyyatına alınması barədə ərizənin
forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 22
Bakı şəhəri, 2 fevral 2015-ci il
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1078-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 noyabr tarixli 870 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 384, ¹ 9, maddə 868, ¹ 12, maddə 1228; 2006, ¹ 10, maddə 902; 2008, ¹ 9, maddə 853, ¹ 12, maddə 1104; 2010, ¹ 6, maddə 548, ¹ 7, maddə 705; 2011, ¹ 5, maddə 445, ¹ 12, maddə 1248; 2012, ¹ 4, maddə 391, ¹ 5, maddə 491, ¹ 11, maddə 1200; 2014, ¹ 5, maddə 548, ¹ 6, maddə 748, ¹ 9, maddələr 1121, 1122) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın 3.2.3-cü yarımbəndinə “fəaliyyət ərazisi” sözlərindən sonra “qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi” sözləri, 3.2.3-2-ci yarımbəndinə “səlahiyyət müddəti,”, 3.2.3-4-cü yarımbəndinə (birinci halda) “səlahiyyət müddəti,”, 4.10-cu bəndinin İO yarımbəndinə “səlahiyyət müddəti” sözlərindən sonra “qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi” sözləri əlavə edilsin.
2. Həmin qərara əlavə - “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nın “Qeyd” hissəsinin birinci abzasına “nömrəsi və verilmə tarixi” sözlərindən sonra “, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 12 fevral.- S.2.