Mədəniyyət və Turizm
Nazirliyində ATƏT-in
Bakıdakı layihə əlaqələndiricisi
ilə görüş olub
ATƏT-in
Bakıdakı Layihə əlaqələndiricisi Aleksis
Şahtaxtinski Mədəniyyət və Turizm Nazirliyində
olub.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirilib ki,
görüşdə A. Şahtaxtinski cari ilin mayın 18-19-da
Bakıda keçiriləcək Üçüncü
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
ilə əlaqədar fikirlərini bölüşərək
bu tədbirin beynəlxalq arenada böyük maraq doğurduğunu
diqqətə çatdırıb. Onun forum çərçivəsində
rasizmə qarşı mübarizə və tolerantlıq
mövzularında birgə sessiyanın keçirilməsi ilə
bağlı təklifi Əbülfəs Qarayev tərəfindən
müsbət dəyərləndirilib.
Ə.Qarayev
qonağın diqqətinə çatdırıb ki, forum beynəlxalq
formatlı tədbir olduğundan burada gündəliyə
çıxarılan hər bir məsələ tərəfdaş
qurumlar ilə İşçi Qrupunun görüşlərində
birgə razılaşdırılır. Sözügedən təklifin
gündəliyə çıxarılması məsələsi
konkret layihə təklifi alındıqdan sonra nəzərdən
keçiriləcəkdir.
Azərbaycan.-2015.- 12 fevral.- S.3.