ARIĞIN QORUQDA NƏ İŞİ VAR...
Yaxud erməni həyasızlığı
və riyakarlığı haradan
qaynaqlanır
Qədim bir atalar sözünü xatırlatmaq istəyirəm: “Arığın qoruqda nə işi var ki, vurub qıçını qıralar”. Maraqlı deyimdir. Əvvəla, qoruq kiminsə olur, hüdudları bilinir və sahibinin icazəsini almadan ora girmək qadağan edilir. İkincisi, söhbət həm də arıqdan - cüssəsiz və zəif, ayaq üstə güclə dayanan adamdan gedir. Beləsinə bir ağac vuran kimi qıçı qırılaraq yerə yıxılır!
Bu atalar sözünü yaradanlar elə bil ermənilərin indiki vəziyyətini nəzərdə tutublar. Blokada şəraitində “yaşayan” (“sürünən” ifadəsi daha dəqiq olardı) bu forpost aciz, dilənçi, perspektivsiz vəziyyətə düşüb. Öz ixtiyarı öz əlində olmadığına görə vəziyyətdən çıxa bilmir. Qarabağdan gəlib onlara “rəhbərlik” edənlər heç zaman Dağlıq Qarabağ problemini həll etməyəcəklər. Çünki “Qarabağ kartı” ilə hakimiyyətə gəldiklərindən məsələni çözsələr, gərək vəzifəni tərk edələr. Prezidentlik isə onlara dövlətə, xalqa xidmət üçün yox, korrupsiya ilə məşğul olaraq şəxsi rifahlarını təmin etməyə gərəkdir. Üstəlik onlar kimdirlər ki, ağalarının razılığı olmadan müstəqil söz deyib, sərbəst addım atalar! Yəqin ki, parlament gülləbaranını da yaddan çıxarmayıblar!
Erməni həm də elə bir məxluqdur ki, həyasız və riyakarlıq onun atributudur. Özgə torpağına yiyələnərək bura kimlərinsə vasitəsilə köçürüldüklərini “unudaraq” özlərini “qədim sakinlər” kimi qələmə vermək, alban abidələrini erməniləşdirərək özününkü kimi təqdim etmək, toponimləri kütləvi şəkildə dəyişmək, azərbaycanlılara məxsus xalçaları, musiqini, hətta xörəkləri öz adına çıxmaq bu millət üçün su içimi kimi asandır.
Buna xislət deyilir!
İkincisi, özünün heç nəyi olmayan millətin başqalarından oğurlayaraq özününküləşdirməsi adi haldır!
Yoxdur ki, oğurlayır da!
Dünyanın hər tərəfinə səpələnərək qoltuqlarda yaşayan millətin qədim mədəniyyəti və tarixi abidələri ola bilməz! Ancaq yaşadığı yerlərdəkini çırpışdırıb öz adına çıxa bilər, özünü “dünyanın ən qədim milləti”, “ilk xristian milləti” və s. epitetlərlə “mükafatlandırılıb” gözdən pərdə asmağa çalışar!
Erməni həyasızlığı və riyakarlığı təkcə sadaladıqlarımızdan qaynaqlanmır. Bunun daha bir neçə “müasir” səbəbi də var!
Bu barədə bir qədər ətraflı danışmaq istəyirik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan etibarən məsələyə yanaşmada daim qərəzli, birtərəfli mövqe, həqiqətin təhrifi, imitasiya ön planda olub. Erməni diasporunun qorxusundan daim onları müdafiə ediblər. Nəticədə ərköyünləşdiriblər.
Varlı uşağına ərköyünlük yaraşır! Kasıb balası isə ərköyünlük edəndə gülməli görünür.
Hazırda dilənçi və vassal Ermənistanın “şıltaqlığı” gülüş doğurur. Təəssüf ki, bunu çoxları başa düşməyib. Xüsusən də ermənilərin diasporu və onlara hazırda rəhbərlik edən kriminal elementlər. Odur ki, həyasızlıqlarını və riyakarlıqlarını davam etdirirlər.
Bunun bir təqsiri isə beynəlxalq qurum və təşkilatlarda, ATƏT-in Minsk qrupunda və həmsədr dövlətlərdədir!
Niyə?
M.Qorbaçovun “yenidənqurma” oyunundan sonra qırmızı imperiyanın çöküşü reallaşanda Azərbaycanı itaət boyunduruğunda saxlamaqdan ötrü “köhnə və sınanmış metod” - Dağlıq Qarabağ “problemi” yenidən meydana atıldı. Məlum ssenari işə salındı: Dağlıq Qarabağda yaşayan ermənilər sosial durumlarından şikayətə başladılar, Yerevandan “saqqallılar” gələrək mitinqləri təşkil etdilər, “kütləvi etirazlar” inkişaf edərək silahlı toqquşmalara çevrildi, Dağlıq Qarabağ ərazisində və Ermənistanda yaşayan azərbaycanlılar qovularaq qaçqın və məcburi köçkünə çevrildi. Daha sonra müharibə mərhələsi başladı, öz havadarlarına arxalanan ermənilər Azərbaycanın daha yeddi rayonunu işğal etdilər, kütləvi soyqırımı, dağıntılar törətdilər.
Bir milyondan çox azərbaycanlını doğma yurd-yuvasından didərgin salan ermənilər həyasızlığın və riyakarlığın ilk mərhələsinə başladılar.
Onlar Azərbaycanın informasiya blokadasında (o zaman beynəlxalq aləmə çıxış yalnız SSRİ-nin informasiya agentlikləri vasitəsilə mümkün idi) salınmasından istifadə edərək özlərini dünya ictimaiyyətinə “hüququ tapdalanmış zavallı millət”, bizi isə “qəddar və vəhşi” qiyafəsində təqdim etməyə başladılar. Beləliklə, yanan da biz olduq, yaman da!
Yalnız ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra bu sahədə dəyişiklik yaranmasına başlandı. Ümummilli liderimiz bütün görüş və çıxışlarında, xarici ölkələrə çoxsaylı səfərlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırdı, qəzetlərə və televiziya kanallarına verdiyi müsahibələrdə əsl həqiqəti açıb göstərdi.
Zaman keçdikcə ATƏT-in Minsk qrupuna bəslənən ümidlər zəifləməyə başladı. Bu qurum dişsiz fəaliyyət göstərir, işğalçı ilə işğala məruz qalanı fərqləndirmir, ədalətli, obyektiv və tərəfsiz mövqe nümayiş etdirmirdi. Odur ki, Azərbaycan rəsmilərinin dilində tənqid elementləri dünya ictimaiyyətinə “həqiqəti çatırma”nı üstələməyə başladı.
Danışıqlar prosesinin uzandığını görən Azərbaycan bu sahədəki təkidli və qətiyyətli fəaliyyətini zəiflətmədən iqtisadiyyatı sürətlə inkişaf etdirməyə, güclü və modern ordu qurmağa, yeni qəsəbələr və şəhərciklər salmaqla məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdıraraq rifahını yüksəltməyə başladı. Cənubi Qafqazın lider dövlətinə çevrilən, beynəlxalq qurum və təşkilatlarla səmərəli əməkdaşlıq edən, dünyada nüfuzunu artırıb möhkəmləndirən Azərbaycan iqtidarı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolundakı prinsipial və qətiyyətli fəaliyyətini daha da gücləndirmişdir.
Prezident İlham Əliyevin tapşırığına əsasən hücum diplomatiyasına keçən ölkəmiz daha sırf xahişçi rolunda çıxış etmirdi. Konkret faktlar əsasında ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid edilməklə bərabər, ikili standartların mövcudluğu ifşa olunmağa başladı.
Münaqişəni beynəlxalq hüququn norma və prinsipləri əsasında tez bir zamanda həll etmək əvəzinə ATƏT-in Minsk qrupunun həmsədri - ABŞ Azərbaycana qarşı ədalətsiz olaraq Azadlığı Dəstək Aktına 907-ci düzəlişi qəbul edir, Rusiya Ermənistana iki dəfə və hərəsində bir milyard dollarlıq silah-sursat bağışlayır, Fransa Senatı isə qondarma “erməni soyqırımı”nı tanımayanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanun layihəsini imzalayır.
Təbii ki, bütün bunlar Azərbaycan tərəfinin kəskin reaksiyasına və etirazına səbəb olur. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilən, Avropa Şurası Parlament Assambleyasının Nazirlər Komitəsinə rəhbərlik edən Azərbaycan iclaslarda öz mövqeyini açıq şəkildə ortaya qoyur, münaqişənin həllinin yubadılması, bu sahədə yol verilən ədalətsizliklərə görə tənqid və ifşa ilə kifayətlənməyərək müxtəlif qurumlara qarşı ittihamlar irəli sürür.
Dövlət başçısı cənab İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının 4 may 2012-ci il tarixli iclasındakı bəyanatından və Avropa Şurası Parlament Assambleyasının 24 iyun 2014-cü il tarixdə keçirilən sessiyasındakı nitqindən bir neçə məqamı xatırladırıq:
* “Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Biz hesab edirik ki, bütün terror aktları ağır cinayətdir, onlar pislənməli və bunu törədənlər isə cəzalandırılmalıdırlar. Terrorçulara öz əməllərini əsaslandırmaq üçün heç vaxt imkan verilməməlidir. Səbəblərindən asılı olmayaraq, heç bir terror aktı əsaslandırıla bilməz. Terrorçuluğun dəyişən mahiyyəti və siması, bir çox hallarda onun təcavüzkar separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlığa bağlılığı vardır”.
* “BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan təxminən iyirmi il ərzində bu qətnamələrə məhəl qoymur”.
* “Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmayıb. Beləliklə, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmi olmalıdır. Bu mexanizm hamımız tərəfindən yaradılmalıdır. Digər halda, bu qətnamələr öz mahiyyətini itirir”.
* “Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır”.
* “Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir”.
* “Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra edilməyib. Bu, bir daha ikili standart siyasətini göstərir. Çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir”.
“Azərbaycan Prezidenti İlham Əliyevin 25 aprel 2014-cü ildə Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitindəki çıxışı zamanı irəli sürdüyü ittihamlar daha sərt səsləndi:
* “Azərbaycan xalqı
bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı
Ermənistan nümayəndə
heyəti səsvermə
və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini
işğal ediblər,
beynəlxalq hüquq normalarını pozurlar,
BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsini kobud
şəkildə pozurlar
və heç bir sanksiya tətbiq
edilmir, heç bir cəza verilmir”.
Törətdiyi işğala, terror aktlarına
və soyqırımı
əməllərinə görə
dünya birliyi tərəfindən (Ukrayna
hadisələrindəki kimi)
cəzalandırılmayan, heç
bir sanksiya tətbiq edilməyən Ermənistanın həyasızlığının
və riyakarlığının
qaynaqlandığı mənbələr
artıq məlumdur. Prezident seçkilərində
erməni diasporunun verəcəyi səslərdən
asılı olan
ABŞ və Fransa prezidentləri ermənilərdən
çəkindiklərindən onları daim əzizləyirlər. Hətta
Fransua Olland saxta “erməni soyqırımı”nın yüz illiyi tədbirində Yerevana səfər edəcəyini
planlaşdırıb.
Bu günlər Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr”
mövzusunda panel müzakirəsindən
iştirak edən dövlət başçısı
cənab İlham Əliyev isə öz ittihamları ilə həmin mənbələri bir-bir göstərdi:
* “Biz hər hansı
bir nəticə əldə etmədən
20 ildən çoxdur
ki, danışıqlar
aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli
ilə məşğul
olan BMT Təhlükəsizlik
Şurasının üç
daimi üzvünün
- Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk
qrupu adlı xüsusi qrupu var, iyirmi iki
ildən artıqdır
ki, bu qrup
fəaliyyət göstərir,
lakin heç bir nəticə hasil olunmayıb”.
* “Düşünürəm ki, Ermənistanın üzərində kifayət
qədər beynəlxalq
təzyiq yoxdur. Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının
qətnamələri bir
neçə saat olmasa da, bir
neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə
1990-cı illərin əvvəllərində
BMT Təhlükəsizlik Şurası
tərəfindən qəbul
edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib”.
* “Ermənistana xarici
dəstək göstərilmədən
bu ölkə yaşaya bilməz. Onlara dəstək
əsasən Minsk qrupuna
həmsədrlik edən
ölkələr tərəfindən
göstərilir”.
* “Biz burada ikili standartları görürük
və bu məsələ bizi məyus edir. Qeyd etmək
istəyirəm ki, postsovet məkanındakı
bütün münaqişələrə
eyni münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü
indi hər kəsin haqqında danışdığı Ukraynanın
ərazi bütövlüyü
kimi eyni dəyərə malikdir”.
Dünya birliyi Dağlıq Qarabağ məsələsinə
obyektiv yanaşaraq problemi vaxtında həll etmədiyindən dünyada artıq yeni “qarabağlar” yaranmaqdadır.
Bu gün ermənilər
həyasızcasına işğal
etdikləri ərazilərdən
çıxmaq istəmirlər
və riyakarlıqla hətta Azərbaycan tərəfini borclu çıxarmağa çalışırlar.
* Erməni həyasızlığı
BMT-nin indiyədək
icra olunmayan 4 “saqqalı” qətnaməsindən
qaynaqlanır!
* Erməni həyasızlığı
ATƏT-in fəaliyyətsizliyindən, gücsüzlüyündən, beynəlxalq norma
və prinsiplər əsasında işğalçını
sülhə vadar etməməsindən qaynaqlanır!
* Erməni həyasızlığı işğalçı Ermənistanın birbaşa maraqlarına və müdafiəsinə xidmət edən, mahiyyətcə beynəlxalq hüquqa və beynəlxalq normalara hörmətsizlik sayılan ikili standartların mövcudluğundan qaynaqlanır!
* Erməni həyasızlığı həmsədr dövlətlərin onlara himayədarlığını əks etdirən müxtəlif formalı yardımlardan qaynaqlanır!
* Erməni həyasızlığı ABŞ Konqresinin hər il işğalçı dövlətə və qondarma, qeyri-qanuni quruma göstərdiyi birbaşa maliyyə köməyindən qaynaqlanır!
***
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında sərgilədiyi cəsarətli, qətiyyətli və prinsipial mövqe, onun möhkəm faktlara söykənən ağır ittihamları əslində özünün müəllifi olduğu hücum diplomatiyasının ən parlaq nümunəsinə çevrildi.
Təxribatçı və riyakar sualları cavablandırarkən nümayiş etdirdiyi son dərəcə təmkinli, soyuqqanlı və özünə arxayın mövqe hamının ürəyindən xəbər verdi! Təsadüfi deyil ki, sosial şəbəkədə çox geniş şəkildə müzakirə edilən və yüksək dəyərləndirilən ən aktual mövzuya çevrildi. Xüsusən Ali Baş Komandanın söylədiyi “İşğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərlərinin Ağdamda nə işi var? Əgər o, ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın” sözləri dərin qürur və razılıqla qarşılandı!
Bu, həm də xalqının birmənalı dəstəyinə, özü qurduğu və dünyanın 50 ən güclü ordusu sırasında yer alan ordusuna güvənən Ali Baş Komandanın özünə, xalqına və ordusuna inamından doğur. O ordu ki, ötən ilin avqustunda ermənilərin kəşfiyyat-diversiya qrupunu darmadağın etdi! Noyabr ayında hərbi təlim keçən Ermənistan ordusunun vertolyotunu vurub yerə saldı, düşmənin pilotsuz təyyarəsini sərrast atəşlə partlatdı!
Xalq öz Prezidentinə - Ali Baş Komandanına inanır. İnanır
ki, məhz onun rəhbərliyi altında torpaqları işğaldan azad edəcək, bu gün qorxu və təşviş içində yaşayan düşməni indiyədək
törətdiyi çoxsaylı
terror və soyqırımı
əməllərinə görə
cəzalandıracaqdır!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2015.- 12 fevral.- S.6.