Prezident İlham Əliyevdən dünya erməniliyinə növbəti sarsıdıcı zərbə

 

 

İstər iqtisadi və siyasi çəkisi, istər yürütdüyü balanslı xarici siyasəti ilə beynəlxalq müstəvidə nüfuzu və mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən Azərbaycan bu gün dünya birliyində etibarlı tərəfdaş kimi qəbul olunur. Həyata keçirdiyi irimiqyaslı layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Azərbaycan qazandığı uğurlarla hər keçən gün reytinqini bir qədər də yüksəldir və bu, gənc müstəqil ölkə üçün çox böyük göstəricidir.

Bu gün dünyada qlobal çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edir. Yaxın Şərqdə siyasi və hərbi böhran, Avropada gərginləşən vəziyyət, Ukraynadakı son durumun daha da kəskinləşməsi bir çox ölkələrə mənfi təsir göstərdiyi halda Azərbaycan inkişafdadır, nəhəng enerji və nəqliyyat layihələrini icra edir və insanların rifah halı yaxşılaşır. Söz yox ki, söylənilən mənfi amillərin ölkəmizdən yan keçməsi, bu inkişaf tempinin davam etməsi, xarici nüfuzun yüksəlməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, balanslı və məqsədyönlü siyasətin real göstəricisidir. Bu uğurlu siyasət nəticəsində Azərbaycan uğurlu diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Respublikamız Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostratejigeoiqtisadi üstünlüklərindən maksimum yararlanıb, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirib. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuzgüc dairəsində sürətlə irəliləməkdədir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında xüsusilə mühüm yer tutan məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Bütün beynəlxalq toplantılarda, forumkonfranslarda etdiyi çıxışlarda diqqəti məhz bu münaqişənin həlli istiqamətinə yönəldən dövlət başçısı Ermənistanın təcavüzkar ölkə olduğunu Avropadünya birliyinə tutarlı arqumentlərlə sübut edib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Ancaq təəssüflər olsun ki, işğalçı ölkəyə qarşı heç bir sanksiya tətbiq olunmur və beynəlxalq təşkilatların bununla bağlı qəbul etdikləri qətnamələr, qərarlar hələ də kağız üzərində qalır. Məhz bu səbəbdən də dövlət başçısı qatıldığı konfranslarda, toplantılarda təcavüzkar ölkəyə himayədarlıq edən təşkilatlara, dövlətlərə ciddi iradını bildirərək yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının üzünü ifşa edir.

Elə bu günlərdə Münxen Təhlükəsizlik Konfransında iştirak edən Prezident İlham Əliyev bir daha Ermənistana ciddi xəbərdarlıq edərək təcavüzkar ölkənin havadarlarına da sərt mesaj yolladı. Ümumiyyətlə, tariximövcud reallıqları təhrif edərək Azərbaycanın ünvanına şər-böhtan danışmaq, istənilən tribunadan ölkəmizi ittiham etmək, işğalçılıq və soyqırımı siyasətini pərdələmək üçün hətta bir sıra hallarda xristian təəssübkeşliyindən istifadə edib Azərbaycanı günahlandırmaq erməni diplomatiyasının yeganə istiqamətidir. Ancaq hər dəfə çanaq öz başlarında çatlayır. Azərbaycan Prezidentinin çıxışları, suallara verdiyi cavabları ilə dünya hər dəfə erməni xislətinin, erməni terrorunun şahidi olur.

Münxen Təhlükəsizlik Konfransı çərçıvəsidə cənab İlham Əliyevin iştirakı ilə keçirilən “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsi zamanı da Ermənistan bir daha özünü ifşa etmiş oldu. Bütün suallara Azərbaycanın milli maraqlarna uyğun cavab verən dövlət başçısı dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə biganə yanaşdığını, hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin işğalçı Ermənistana dəstək verdiyini vurğuladı. Prezident diqqətə çatdırdı ki, Avropada və digər məkanlarda bu gün ayrı-ayrı münaqişələrin baş verməsinin səbəblərindən biri vaxtında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi münasibət göstərilməməsidir. Bu səbəbdən də işğalçı ölkə “status-kvonu saxlamaqda maraqlıdır. Prezident İlham Əliyev bu məsələyə xüsusi toxundu: “Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq yoxdur. Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Məhz ikili standartların və təcavüzkarın beynəlxalq miqyasda müxtəlif vasitələrlə dəstəklənməsinin nəticəsidir ki, ermənilərin Azərbaycan torpaqlarına təcavüz etməsinə 27 ildir göz yumulur. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma və separatçı rejim regionda təhlükə mənbəyi olaraq qalır”.

Müzakirələrdə Ermənistan xarici işlər nazirliyinin nümayəndəsi isə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində təklif etdiyi 3 əsas prinsipi misal gətirərək dövlət başçısına sual ünvanladı. Yenə də erməni hiyləgərliyi, həyasızlığı özünü göstərdi. Bu şəxs 3 əsas prinsipdən yalnız birini - xalqların öz müqəddəratını təyinetmə hüququnu əsas şərt kimi səsləndirdi. Buradan aydın görünür ki, Ermənistan bu prinsipləri öz xeyrinə dəyişərək götürdüyü öhdəliyə guya əməl etdiyini sübut etməyə çalışır. Ancaq dövlət başçısının bu suala tutarlı faktlarla verdiyi cavab erməninin yalanını üzə çıxardı: “Beynəlxalq hüququn bu normaları çox aydın şəkildə BMT-nin Nizamnaməsində və Helsinki Yekun Aktında öz əksini tapıb. Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipiöz müqəddəratını təyinetmə ilə bağlı çox aydın tərif var. Biz öz müqəddəratını təyinetmə prinsipinə qarşı deyilik, lakin bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır”.

Ermənistan nümayəndəsinin “Azərbaycan tərəfi Dağlıq Qarabağla təmas xəttində və Ermənistanla sərhəddə atəşkəs rejimini davamlı olaraq pozur. Mən Azərbaycanı atəşi dayandırmağa çağırıram” sərsəm fikrinə cavab verən Prezident İlham Əliyev Ermənistana ciddi xəbərdarlıq edərək təcavüzkar ölkənin üzünü bir daha açdı. Dövlət başçısı öncə dedi ki, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Ancaq fakt budur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və əsgərləri bizim ərazilərimizdədir. Əgər erməni əsgəri ölmək istəmirsə, Ağdama, Füzuliyə gəlməsin. Gedib Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın.

Prezident İlham Əliyev təcavüzkara başa saldı ki, nə qədər bizim torpaqlarda qalacaqsınız, o qədər çox itki verəcəksiniz. Bu kəskin cavab həm də antiazərbaycançı şəbəkəyə, Azərbaycanın sosial-iqtisadi inkişafını gözü götürməyən, ölkədəki ictimai-siyasi sabitliyin pozulmasına çalışan bəzi beynəlxalq təşkilatlara mesaj idi. Dövlət başçısı həmin üzdəniraq qüvvələrə çatdırdı ki, heç bir beynəlxalq qurum Azərbaycana nəyisə diktə edə bilməz.

Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması daha çox Ermənistana sərf etmir. Çünki iqtisadi cəhətdən tənəzzülə uğrayan, böhran içində boğulan bu ölkədir. Azərbaycan isə günü-gündən bütün sahələrdə inkişaf etməkdə davam edir. Bu amil onu deməyə əsas verir ki, ölkəmizin dünya miqyasında artan nüfuzu, regionda söz sahibinə çevrilməsi Ermənistanın işğalçılıq siyasətinin daha geniş müstəvidə ifşa olunmasına və nəticə etibarilə münaqişənin diplomatik yolla həllinə ciddi zəmin yaradır. Dəfələrlə Azərbaycandan geri qalan Ermənistan üçün sülh yolu çıxış yoludur. Azərbaycan dövləti, ordusu hər an öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. İldən-ilə artan dövlət büdcəsi, milli təhlükəsizliyimizin qorunması istiqamətində hərbi xərclərə ayrılan vəsaitlərin həcminin artması bir daha işğalçı Ermənistanın sülhdən başqa çıxış yolunun olmadığını göstərir. Azərbaycanda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib.

Yerlixarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biribudur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir.

 

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar

İttifaqları Konfederasiyasının sədri

Azərbaycan.-2015.- 12 fevral.- S.6.