Azərbaycanın pensiya
sistemi yeni islahatlar mərhələsindədir
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin uğurla reallaşdırdığı
sürətli inkişaf strategiyası nəticəsində
dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi
artım təmin olunub, respublikamız inikişaf göstəricilərinə
görə dünya ölkələri sırasında
öncül mövqedə qərarlaşıb və beynəlxalq
aləmdə nüfuzu durmadan möhkəmlənən
etibarlı tərəfdaşa çevrilib. Ölkəmizdə
əhalinin rifah halının yüksəldilməsi və
güclü sosial müdafiə sisteminin qurulması sahəsində
əsaslı uğurlar qazanılıb.
Uğurla aparılan sosial-iqtisadi siyasət əvvəlki
illərdə olduğu kimi, başa vurduğumuz 2014-cü ildə
də öz müsbət nəticələrini verib,
sosial-iqtisadi tərəqqi davam edib. Bu əsasda
respublikamızın müasir standartlara cavab verən, vahid
prinsiplər əsasında fəaliyyət göstərən
və bütün işləyən əhalini əhatə edən
sığorta-pensiya sistemi də inkişafdadır.
Azərbaycanın
pensiya sisemi iqtisadi həyatın pensiyaçıların
sosial müdafiəsi ilə uzlaşdırılmasını təmin
edir
Azərbaycanın
iqtisadi həyatı ilə pensiyaçıların sosial
müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında
əlaqələndirilməsi siyasətinin uğurlu icrası
nəticəsində mövcud maliyyə imkanlarının
ölkə əhalisinin 13,5 faizini təşkil
edən pensiyaçılar arasında ədalətli
bölgüsünə nail olunub və onların yoxsulluq
problemi əsaslı şəkildə öz həllini
tapıb. 2014-cü ilin nəticələrinə görə,
yaşa görə əmək pensiyalarının orta
aylıq məbləği 192,3 manatdır və ölkə
üzrə orta aylıq əməkhaqqının 43,5 faizini təşkil
edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə
tam cavab verir. Hazırda pensiyaların orta aylıq məbləği
pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki
2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə
aşağı məbləğlə ifadə olunurdu.
Ölkəmizdə
iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi
ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə
cavab verən çevik modeli fəaliyyət göstərir ki,
bu əsasda formalaşan Dövlət Sosial Müdafiə
Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın
dinamik inkişafı nəticəsində əldə olunan
potensialın əhəmiyyətli hissəsinin
pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi
mexanizmini ifadə edir. 2014-cü ildə fondun gəlirləri
2013-cü ilə nisbətən 223 mln manat və ya 8,3 faiz artaraq 2894,3 mln manata yüksəlib. Məcburi
dövlət sosial sığorta haqları üzrə
daxilolmalar 1744,9 mln manat təşkil edib
ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8
mln manat çoxdur.
Pensiyaların
və fərdi hesablara toplanan sosial sığorta
kapitallarının inflyasiya nəzərə alınmaqla hər
il indeksləşdirilməsi isə sistemin
mənfi fiskal təsirlərdən səmərəli şəkildə
qorunmasını təmin edir. Bu tədbir 2014-cü ildə də
davam etdirilmiş və Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamına əsasən 2014-cü ilin
yanvarın 1-dən bütün növ əmək
pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım tətbiq olunmuşdur.
Qeyri-büdcə
sahəsindən toplanan sosial sığorta haqlarının
artımı nəticəsində dövlət büdcəsi
transfertinin xüsusi çəkisi azalıb
2014-cü
ildə sosial sığorta haqlarının 64,6
faizi və ya 1126,4 mln manatı qeyri-büdcə sektorundan daxil
olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və
ya 134,4 mln manat artıqdır. Qeyri-büdcə üzrə
sosial sığorta daxilolmalarında əhəmiyyətli
artım ölkədəki iqtisadi inkişafın birbaşa
göstəricisidir və bunun nəticəsində dövlət
büdcəsindən fonda ayrılan
transfertin xüsusi çəkisi azalıb.
Hesabat
dövrü ərzində sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin və torpaq pay
mülkiyyətçilərinin sosial sığortaya cəlb
edilməsi işləri də gücləndirilmişdir. Nəticədə,
2013-cü il ilə müqayisədə sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərdən
daxilolmalar 15,1 faiz, torpaq pay mülkiyyətçilərindən
daxilolmalar 5,4 faiz artıb. Büdcədən maliyyələşən
təşkilatlardan daxil olmuş sosial sığorta
haqqının məbləği 618,5 mln
manat təşkil edib. Dövlət büdcəsinin
transferti proqnozla nəzərdə tutulduğu məbləğdə,
yəni, 1142 mln manat həcmində fondun hesabına daxil olub.
Fondun sair gəlirlər (sanatoriya-kurort
yollayışlarının qismən dəyərinin ödənilməsi
və s.) üzrə daxilolmaları 7,4 mln
manat təşkil edib.
Sosial
sığorta sistemində iştirakçıların
aktivliyi artırılır
2014-cü
il ərzində sığortaolunanların
fərdi uçot sisteminin qurulması tədbirləri davam
etdirilib və ilin sonuna sosial sığorta nömrəsi
verilmiş və fərdi hesab açılmış
sığortaolunanların sayı 2 milyon 976 min nəfərə
çatıb. Fərdi uçot sistemində qeydiyyata
alınan sığortaolunanların sayı ilin əvvəlinə
nisbətən 285 min nəfərə yaxın artıb ki, bu
da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni
iş yerlərinin açılmasının, habelə sosial
sığorta sistemində təbliğat işlərinin
gücləndirilməsi və iştirakçıların
aktivliyinin artırılmasının göstəricisidir. Eyni zamanda, sığortaedənlərdən məcburi
dövlət sosial sığorta haqları üzrə
sığortaolunanlar haqqında məlumatların qəbulu
prosesi aparılıb, Fondun internet saytında fərdi şəxsi
hesablarda əks olunan məcburi dövlət sosial
sığorta haqlarının məbləği barədə
sığortaolunanların məlumatlandırılması xidməti
fəaliyyətini davam etdirib.
2014-cü
il ərzində DSMF-yə daxilolmaların
səviyyəsi pensiya və müavinətlərin qrafikdən
əvvəl maliyyələşdirilməsinə imkan verib
2014-cü
il ərzində DSMF-nin xərcləri 2868,8
mln manat təşkil edib ki, bunun da 2809,1 mln manatı və
yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib.
Əmək pensiyaları ilə bağlı xərclər 2738,5 mln manat, məcburi dövlət sosial
sığorta haqları hesabına ödənilən
müavinətlər isə 70,6 mln manat təşkil edib.
Fondun aparatının və yerli orqanlarının
saxlanılması xərcləri 22,5 mln manat, pensiya və
müavinətlərin əhaliyə
çatdırılması, bank əməliyyatlarının
aparılması üzrə xidmət haqqı xərcləri
17,5 mln manat, sığortaolunanların sanatoriya-kurort müalicəsi
və sağlamlaşdırma tədbirlərinin həyata
keçirilməsi üzrə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən
xərclər 18,6 mln manat olub.
Əldə edilmiş maliyyə imkanlarının nəticəsində
əhaliyə pensiya və müavinətlərin ödənişinin
hər ay qrafikdən əvvəl reallaşdırılması
təmin olunub.
Sosial
sığorta sahəsinin avtomatlaşdırılması nəticəsində
Azərbaycan “Doinq Business 2015” hesabatında 32 pillə irəliləyib
Fond tərəfindən
vətəndaşlara və təşkilatlara göstərilən
xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması və bu xidmətlərin
təqdim edilmə müddətinin azaldılması məqsədilə
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi
nəticəsində bütün mövcud proseslərin, yəni,
həm məcburi dövlət sosial sığorta
haqlarının toplanması və fərdi uçotunun
qurulması, həm pensiyaların məbləğinin
hesablanması, həm də pensiyaların ödənişinin
avtomatlaşdırılması daha da inkişaf etdirilib.
Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə
əhalisinin 45 faizə yaxın hissəsini əhatə edir və
fondun məlumat bazasında 1 milyon 290 min pensiyaçı, 2
milyon 976 min sığortaolunan barədə müvafiq məlumatlar
toplanıb.
Fond tərəfindən əhaliyə göstərilən
elektron xidmətlərin keyfiyyətinin artırılması və
əhatə dairəsinin genişləndirilməsi sahəsində
ardıcıl tədbirlər davam etdirilir. 2014-cü il
ərzində fondun 6 yeni elektron xidməti aktivləşdirilərək
“Elektron hökumət” portalına inteqrasiya edilmişdir. Fondun təqdim elədiyi elektron xidmətlər
“Elektron hökumət” portalının statistikasına əsasən
ən çox istifadə olunan xidmətlər sırasında
ilk yerləri tutur. 2014-cü il ərzində fondun öz
saytı, “elektron hökumət portalı” və “elektron ödəniş
portalı” vasitəsilə ümumilikdə 1 milyon 380 minə
yaxın elektron xidmətlərdən istifadə sayı qeydə
alınmışdır.
Nəticədə Dünya Bankının “Doing Business
2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət
sosial sığorta haqlarının ödənişi və
hesabat sisteminin avtomatlaşdırılması nəticəsində
32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət
istiqamətləri üzrə ən yüksək göstəricidir.
Pensiyaların
təyini və ödənişinin
avtomatlaşdırılması sistemi daha da genişləndirilib
2014-cü ildə pensiya təyinatının
avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
“Mərkəzi Çağrı Sistemi” (“190-0” nömrəli
telefon məlumat xidməti) vasitəsi ilə həyata
keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində
əmək pensiyalarının təyinatı xidmətinin təşkili
işi daha da genişləndirilib. Hesabat ili ərzində
pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində
yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri
davamlı olaraq həyata keçirilib. Hazırda kənd yerlərində
yaşayan pensiyaçıların 99,9 faizinin, şəhərlərdə
yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə
isə 99,9 faizinin pensiyasının plastik kartlarla ödənilməsi,
bu məqsədlə ümumilikdə 858, o cümlədən
kənd və qəsəbələrdə 198 bankomatın
istifadəsi təmin olunub.
“Pensiya+”
xidməti nağdsız hesablaşmaların genişləndirilməsi
üçün mühüm tədbirlərdəndir
2014-cü ilin əvvəlindən nağdsız
hesablaşmaların pensiyaçılar arasında təşviqini
nəzərdə tutan “Pensiya+” xidməti istifadəyə
verilmişdir.
Bu xidmət çərçivəsində Azərbaycan
Beynəlxalq Bankına məxsus bütün pensiya
kartlarının sahibləri üçün avtomatik olaraq
aylıq pensiya məbləğində hər ay yenilənən
faizsiz kredit limitindən istifadə imkanı yaradılıb və
pensiyaçılar tərəfindən nağdsız ödəniş
zamanı istifadə edilən bu vəsaitlərə görə
heç bir xidmət haqqı ödənilmir. “Pensiya +”
xidməti fəaliyyətə başladığı dövrdən
hazıradək bu xidmət çərçivəsində həyata
keçirilən nağdsız ödənişlərin
dövriyyəsi 2 dəfə artmışdır.
Elektron
xidmətlərdən istifadənin təşviqi müsbət
nəticələr verdi
DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə
interaktiv və informativ elektron xidmətlər vasitəsilə
əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid
bütün məsələlərə aydınlıq gətirir. Bu sahədəki fəaliyyətin
gücləndirilməsi məqsədilə 2014-cü il ərzində 4 sayda mərkəzi, 15 sayda
regional təqdimat keçirilib. Bununla
yanaşı, “Sığorta-pensiya sistemində elektron xidmətlər
şəffaflığın əsas vasitəsidir” və
“Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin
təminatıdır” mövzularında KİV arasında
müsabiqə keçirilib. Həmçinin
elektron xidmətlər mövzusunda xüsusi reklam
çarxı hazırlanaraq televiziya kanallarında
yayımlanıb. Kiçik ödəniş
edən, mühasibatlığı
avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul
olan şəxslərin hesabatlarının elektron formada qəbulunu
təmin etmək məqsədilə fondun bütün yerli
orqanlarında yardım masaları yaradılıb. Vətəndaşların müraciətlərinə
elektron qaydada baxılması üç istiqamət üzrə
- fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi,
vətəndaşlar tərəfindən fondun saytında
birbaşa ünvanlanan məktub və 190 nömrəli
“Çağrı Mərkəzi” vasitəsi ilə həyata
keçirilir.
Bu sahədə ardıcıl tədbirlərin icrası
nəticəsində 2014-cü ildə vətəndaşların
şikayət xarakterli müraciətlərinin sayı 35 faiz
azalıb.
Vətəndaşlardan, hüquqi və fiziki şəxslərdən
daxil olan sorğuların, ərizə və şikayətlərin
vaxtında və operativ şəkildə
cavablandırılması işləri davam etdirilib. Hesabat ilində
bilavasitə fondun sədri tərəfindən aparatda 59,
regionlarda isə 351 vətəndaş qəbul edilərək
onların müraciətlərinə
baxılmışdır.
Azərbaycanın
sığorta-pensiya sistemində aparılan islahatlar Beynəlxalq
Sosial Təminat Assosiasiyasının diqqət mərkəzindədir
2014-cü ildə DSMF Beynəlxalq Sosial Təminat
Assosiasiyasının Avropa Şəbəkəsi Rəhbər
Komitəsinin üzvü kimi fəaliyyətini uğurla davam
etdirib.
2014-cü ilin oktyabr ayında Bakı şəhərində
DSMF-nin ev sahibliyi ilə BSTA-nın “Sosial
müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət
və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq
seminarının təşkil olunması Azərbaycan
Respublikasında sığorta-pensiya sistemində aparılan
islahatlar, bu sferada informasiya və kommunikasiya
texnologiyalarının, elektron xidmətlərin tətbiqi təcrübəsinin
diqqətə alınmasının göstəricisidir. Tədbirdə
Beynəlxalq Əmək Təşkilatının, Dünya
Bankının və digər beynəlxalq təşkilarların,
15 Avropa, MDB və Baltikyanı dövlətin
sığorta-pensiya qurumlarının, Azərbaycan
Respublikasının dövlət orqanlarının rəhbər
və səlahiyyətli şəxsləri, habelə informasiya
və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində
beynəlxalq ekspertlər iştirak ediblər.
2014-cü
il ərzində DSMF-nin nümayəndə
heyəti BSTA-nın 110-cu büro iclasında, habelə BSTA
Avropa Şəbəkəsi Rəhbər Komitəsinin
iclaslarında iştirak edib. Qeyd edilən iclaslar BSTA-nın
2014-2016-cı illər üzrə tərəqqi hesabatı,
Assosiasiyanın Təlimatlarının hazırlanması
üzrə Komitəsi və Təkmilləşdirmə Mərkəzi
ilə bağlı fəaliyyət istiqamətləri, idarəetmə,
xidmətin təşkili, İKT-nin tətbiqi və s. üzrə
BSTA standartlarının tətbiqi, Avropa Şəbəkəsi
Rəhbər Komitəsinin 2014-2016-cı illər üzrə fəaliyyət
planı və digər məsələlərin müzakirəsinə
həsr olunub. Bu iclaslar çərçivəsində
BSTA-nın prezidenti, baş katibi, Avropa Şəbəkəsi
Rəhbər Komitəsinin sədri, habelə BSTA-nın
üzvü olan bir sıra ölkələrin pensiya və
sosial sığorta təşkilatlarının rəhbərləri
ilə ikitərəfli görüşlər keçirilərək
qarşılıqlı və regional əməkdaşlıq
perspektivləri müzakirə edilib.
Əlavə
pensiya təminatı imkanlarının yaradılmasını
nəzərdə tutan DSMF ilə Avropa İttifaqının
birgə layihəsi fəaliyyətə
başlamışdır
Azərbaycanın
sığorta-pensiya sistemində yığım komponentinin tətbiq
edilməsi, qeyri-dövlət pensiya fondlarının
formalaşdırılması və fəaliyyətini tənzimləyəcək
qanunvericilik bazasının yaradılması ilə
bağlı DSMF ilə Avropa İttifaqının birgə
layihəsi 2014-cü ilin may ayından fəaliyyətə
başlamışdır. Layihə üzrə
işlərin 2015-ci ilin noyabr ayında başa
çatdırılması nəzərdə tutulub.
Layihənin
təsdiq olunmuş fəaliyyət planına müvafiq olaraq
ötən dövrdə Avropa İttifaqının ekspertlər
qrupunun ölkəmizə çoxsaylı səfərləri
çərçivəsində Azərbaycanda mövcud
iqtisadi və demoqrafik vəziyyət, qanunvericilik, maliyyə və
sığorta-pensiya sistemi öyrənilib, geniş
araşdırma işləri aparılıb, eləcə də
DSMF ilə, habelə müxtəlif dövlət orqanları və
sair qurumlarla görüşlər keçirilib. Layihənin fəaliyyət göstərdiyi ötən
dövr ərzində ekspertlərin və DSMF-nin nümayəndələrinin
iştirakı ilə təşkil olunmuş seminarlarda Azərbaycanın
və Avropa İttifaqına daxil olan bir sıra ölkələrin
sosial sığorta və pensiya təminatı sistemləri ilə
bağlı geniş təqdimatlar edilib, qeyd edilən sistemlərin
xüsusiyyətləri barədə ətraflı müzakirələr
aparılıb. Layihənin icrasını
həyata keçirən beynəlxalq ekspertlərin daxil
olduğu missiya hazırda yığım komponentinin tətbiqi
və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti
ilə bağlı qanunvericiliyin ilkin planının
(“blueprint”) layihəsi üzərində işləyir.
Qanunvericilik bazası üzrə ilkin plan ekspertlərin
apardığı araşdırma işlərinin nəticələri
əsasında beynəlxalq təcrübə nəzərə
alınmaqla tərtib ediləcək və bu işlər
başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı
məlumatlandırılması məqsədilə sənəd
layihəsinin Avropa İttifaqı tərəfindən geniş
təqdimatının keçirilməsi nəzərdə
tutulur.
Qeyd edilən layihənin reallaşdırılması ilə
ölkəmizdə dövlət pensiya təminatı sistemində
real yığım komponentinin və qeyri-dövlət pensiya
institutlarının fəaliyyətini tənzimləyəcək
təkmil normativ hüquqi baza hazırlanacaqdır. Bu əsasda məcburi
dövlət sosial sığortası ilə yanaşı,
könüllü sosial sığortanın inkişafı vətəndaşların
pensiya təminatının gücləndirilməsinə əlavə
imkanlar yaradacaqdır.
DSMF-yə
dövlət qulluğuna müsabiqə yolu ilə qəbul
davam edir
2014-cü
il ərzində DSMF-yə dövlət
qulluğuna müsabiqə yolu ilə qəbul prosesi davam
etdirilib. İl ərzində fond sistemi üzrə
dövlət qulluğu vəzifələrinin tutulması
üçün iki müsabiqə elan edilib.
Birinci
müsabiqə çərçivəsində müsabiqənin
test və müsahibə mərhələlərində
uğur qazanan iştirakçılardan 65 nəfəri aidiyyəti
vəzifələrə təyin olunublar. Hazırda davam edən
ikinci müsabiqə üzrə isə test mərhələsində
uğur qazanmış 156 nəfər iştirakçı
müsahibə mərhələsinə keçid
almışdır.
Pensiya
islahatlarının yeni mərhələsində uzunmüddətli
dövr üçün pensiyaçıların etibarlı
sosial müdafiəsinə nail olunması hədəflənir
Ölkəmizdə
pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini
müəyyən edən Azərbaycan Respublikası
Prezidentinin 4 noyabr 2014-cü il tarixli 827 nömrəli sərəncamı
ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan
Respublikasında pensiya təminatı sisteminin islahatı
Konsepsiyası”na uyğun olaraq növbəti mərhədə
islahatların əsas vəzifələri kimi pensiya sistemində
sığorta prinsiplərinin gücləndirilməsi və təyin
olunan pensiya məbləğinin ödənilən
sığorta haqqına mütənasibliyinin təmin edilməsi,
sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı
üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin
formalaşdırılması, əmək pensiyalarının
könüllü yığım komponentinin real praktikada tətbiqi
və qeyri-dövlət pensiya institutlarının
formalaşdırılması çıxış edir.
Bununla bağlı, pensiya təminatı sistemi üzrə
qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək,
sistemin uzunmüddətli dövr üzrə maliyyə
dayanıqlılığına nail olunacaqdır.
Əmək
pensiyasının baza hissəsinin restrukturizasiyası
sığorta-pensiya sistemi iştirakçılarının
marağını azaldan halları aradan qaldıracaq
2015-ci ildə mühüm islahat tədbiri kimi
reallaşdırılacaq əmək pensiyasının baza hissəsinin
restruktrizasiyası işləyənlərin fərdi
hesablarında ödənilən sığorta haqqının
yarısının deyil, tam məbləğdə nəzərə
alınmasını təmin edəcəkdir. Bu qaydanın
tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri
daha yüksək pensiya alacaq və əməkhaqlarının
tam qeydiyyatında maraqlı olacaqlar.
Digər
tərəfdən hazırda aktiv iştirakçıların
marağını azaldan bir sıra hallar, məsələn,
5-10 il yüksək məbləğlə sosial sığorta
haqqı ödənildiyi halda, staj tələbinin 12 il
olması səbəbindən pensiya hüququnu qazana bilməmə
kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən
yuxarı pensiya üçün kapital toplamış şəxslərə
ümumiyyətlə, staj tələbi qoyulmayacaq.
Əmək
pensiyalarının baza hissəsi minimum pensiya göstəricisi
ilə əvəz olunacaqdır ki, bu da pensiyaların bütün
məbləğinin hər il indeksləşdirilərək
artımına imkan verəcək.
Dövlət
öhədəilikləri ilə sığorta-pensiya sisteminin
öhdəliklərinin fərqləndirilməsi
üçün qanunvericilik bazası hazırlanır
Nəzərdə tutulmuş əsas islahat istiqamətlərindən
biri də pensiya təminatında dövlət öhədəilikləri
ilə sığorta-pensiya sisteminin öhdəliklərinin
maliyyə mənbələrinin fərqləndirilməsidir.
Bu tədbirin
nəticəsində pensiya təminatında 1992-ci il 1-dən yanvarın əvvəlki dövr
üzrə formalaşmış məbləğlər, eləcə
də bəzi kateqoriya şəxslərin pensiyasına əlavələr
dövlət öhdəlikləri hesab olunacaq və bilavasitə
dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcəkdir.
Dövlətin öhdəlikləri ilə
sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi
sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf
dövrü üçün maliyyə
dayanıqlığının daha da möhkəmləndirilməsinə
imkan verəcəkdir.
Sosial sığorta prinsiplərinin gücləndirilməsi iştirakçılara əlavə stimul verəcək
Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir. Bu məqsədlə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, sosial sığortaya cəlb edilən əməkhaqqına müəyyən hədd qoymaqla, bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsinin vətəndaşların seçiminə verilməsi kimi təşviq vasitələrinin tətbiqi sığortaolunanlara əlavə könüllü sığorta haqqı ödəməklə pensiya kapitalını artırmaq imkanının verilməsini nəzərdə tutur.
“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə DSMF-də xüsusi əlaqələndirmə komissiyası yaradılmışdır. Pensiya islahatları çərçivəsində fond tərəfindən kompleks hazırlıq işləri, o cümlədən qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərin işlənilməsi, texniki hazırlıq və digər tədbirlər həyata keçirilməkdədir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2015.- 12 fevral.- S.7.