Əməyin mühafizəsinə dövlət nəzarəti daha da təkmilləşdirilir

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunmuş və Əsas Qanunda işçilərin əmək və istirahət hüquqlarının əsasları əksini tapmışdır. Eyni zamanda, ilbəil təkmilləşən ölkə qanunvericiliyində işçi insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunması müəyyən edilmişdir.

Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması istehsalatda işçilərə sağlamnormal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizliyin təmin edilməsinə, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınmasına, işçilərin vaxtlı-vaxtında əməyin mühafizəsi üzrə təlimatlandırılmasına və biliklərinin yoxlanılmasına yönəldilmiş sosial-iqtisadihüquqi tədbirlər sistemindən ibarətdir.

İş yerlərində əməyin mühafizəsinin mövcud normaqaydalara, dövlət standartlarına uyğun təşkili əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsinə səbəb olacaq əsas istehsal amili kimi qiymətləndirilir. Əməyin mühafizəsi sahəsində göstərilən səylərə baxmayaraq, BƏT-in məlumatına görə hər il dünyada istehsalat xəsarəti və peşə xəstəliyindən 2 milyon nəfər həlak olur. Bu isə dünyada istehsal olunan ümumi daxili məhsulun 4%-inin itirilməsi ilə nəticələnir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 212-ci maddəsinə əsasən, əməyin mühafizəsinə dair vahid dövlət siyasəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 11 may 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin olunması məqsədi ilə dövlət orqanları ilə sığorta şirkətləri arasında qarşılıqlı faydalı əlaqələrin yaradılması zəruriliyi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən (bu fəaliyyətlə bağlı müvafiq lisenziyası olan) “Paşa Həyat”, “Atəşgah Həyat” və “Qala Həyat” sığorta şirkətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq sazişi imzalanmışdır.

İmzalanan sazişə əsasən, tərəflər sığortalılar tərəfindən bədbəxt hadisə və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini və inkişafını təmin edirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev iqtisadiyyatın bir sıra sahələrində mövcud olan qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əmək münasibətlərinin leqallaşdırılması və əmək bazarına nəzarətin gücləndirilməsi barədə müvafiq göstərişlər vermişdir.

Bununla bağlı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq dəyişikliklər edilmiş və dövlət başçısının 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, Əmək Məcəlləsində dəyişikliklər edilmişdir. Belə ki, əmək qanunvericiliyinə əmək müqaviləsi bildirişi anlayışı daxil edilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən isə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Bu dəyişikliklər qüvvəyə mindikdən sonra təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər.

Əmək Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişikliklərə görə, əmək müqaviləsində göstərilən şərtlərin və məlumatların da dairəsi genişləndirilmiş, işəgötürən barədə məlumatlara əlavə olaraq sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin PİN koduya fərdi identifikasiya nömrəsi (FİN) barədə məlumatların da daxil edilməsi tələb kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklər məşğul əhalinin əmək hüquqlarının müdafiəsinin təmin edilməsinə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına hədəflənmişdir. Artıq bütün işəgötürənlər, eləcə də işçilər onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən əldə etmək imkanlarına malikdirlər. Bununla da tərəflər əmək müqavilələri ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli olurlar.

Əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə, əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat formasıdır. Bu sənəd vasitəsi ilə işçilər öz əmək hüquqlarının icrasını işəgötürəndən tələb etmək imkanına malik olurlar.

Digər tərəfdən əmək müqaviləsi bildirişləri işəgötürən üçün əmək qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş hüquqların qorunmasının təminat formasıdır. Bu sənəd vasitəsi ilə işəgötürənlər işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış şərtlərin şəffaf şəkildə icrasını təmin edə bilirlər.

Göstərilən dəyişikliklər dövlət nəzarətini həyata keçirən orqanların əmək bazarına elektron nəzarət sisteminin qurulmasına, onların qeyri-leqal əmək məşğulluğunun aradan qaldırılması istiqamətində birgə və səmərəli fəaliyyətinə, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına, vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılmasına yönəldilmişdir.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilir. Məlumat üçün bildirək ki, Dövlət Əmək Müfəttişliyi ulu öndər Heydər Əliyevin 27 yanvar 1997-ci il tarixli 544 nömrəli Fərmanına əsasən yaradılmış və onun fəaliyyət dairəsi ilbəil genişlənmişdir. 2011-ci ildən isə bu qurum Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti kimi fəaliyyətini davam etdirir.

Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, 11527 müəssisədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilmişdir. Bu müddət ərzində vətəndaşlardan daxil olmuş 4586 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1609 ədəd müxtəlif xarakterli sorğu araşdırılaraq cavablandırılmışdır ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 20,4% və 48,8 % çoxdur.

Həyata keçirilən dövlət nəzarəti tədbirləri və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 20417 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmişdir. Həmin hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilmiş, aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün işəgötürənlərə icrası məcburi olan göstərişlər verilmiş və icrası nəzarətə götürülmüşdür.

Yol verilmiş hüquq pozuntularının təhlili göstərmişdir ki, bütün pozuntuların 35,8%-ni əmək müqavilələrinin bağlanmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 6,3%-ni əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6,1%-ni əməkhaqqının hesablanması və ya ödənilməsindəki nöqsanlar, 4 %-ni texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. təşkil etmişdir. İqtisadiyyatın sahələri üzrə bu pozuntulara daha çox topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sektorunda (bütün nöqsanların 30,4%-i), yaşayışın təşkili və ictimai iaşə (10,0%), emal sənayesində (6,7%), səhiyyə və sosial xidmət sahəsində (7,2%), tikintidə (15,8%) və s. rast gəlinmişdir. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmasının 91.0%-i sahibkarlıq subyektlərində baş vermişdir.

Törədilmiş inzibati xətaya görə 3113 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 4 292 600 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur ki, bu da ötən ilə nisbətən 6,8 dəfə çoxdur. Tətbiq edilmiş cərimələrin 44,6 %-i dövlət büdcəsinə ödənilmişdir ki, bu da keçən illə müqayisədə 24 dəfə çoxdur.

İqtisadiyyatın sahələri üzrə cərimələrin tətbiq olunması təhlil edilərkən onun daha çox topdan və pərakəndə ticarət, avtomobillərin təmiri (822450 manatya cərimələrin 19,1%), tikinti sektoruna (631950 manatya 14,7%), emal sənayesinə (317500 manatya 7,4 %), yaşayışın təşkili və ictimai iaşə (320500 manatya 7,5%) və s. aid olması müəyyən edilmişdir. Tətbiq edilmiş cərimələrin böyük əksəriyyəti ( 4 mil. 167 min 600 manatı və ya 97,1%-i) sahibkarlıq subyektlərinin vəzifəli şəxslərinə aid olmuşdur.

Xidmət tərəfindən görülmüş tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş ödəmələrin ümumi məbləği 527574 (beş yüz iyirmi yeddi min beş yüz yetmiş dörd) manat olmuşdur. Bu məbləğin: 88,8%-i (468434 manat) - əməkhaqqı, 6,4%-i (33932 manat) - zərər əvəzi ödəncləri və 4,8%-i (25208 manat) - sosial müavinətlər və kompensasiyalardan ibarət olmuşdur.

Gecikdirilmiş ödəmələrin təxminən 81%-i sahibkarlıq subyektlərinin payına düşmüşdür. İqtisadiyyat sahələri üzrə işçilərə ödənilməsi təmin edilmiş ödənclərin əksəriyyəti emal sənayesinə (18,6%) və tikintiyə (22,6%) aid müəssisələrdə həyata keçirilmişdir. Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 13 nəfər öz əvvəlki işlərinə bərpa edilmiş, işçilər barəsində yol verilmiş çoxlu sayda qanun pozuntularının aradan qaldırılması təmin edilmişdir.

Xidmətin yüksək məsuliyyət və peşəkarlıq tələb edən fəaliyyət istiqamətlərindən biri də - istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatının aparılmasının təşkil edilməsi, həyata keçirilməsi və uçotunun aparılmasının təmin edilməsidir. Hesabat dövründə istehsalatla əlaqəli sayılmış 225 bədbəxt hadisənin təhqiqatı aparılmışdır ki, onlardan da 28-i qrup halında baş vermişdir. Bu hadisələr nəticəsində 90 nəfər həyatını itirmiş, 183 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda (bütün hadisələrin 28,9%-i), emal sənayesində (15,1%), energetika sahəsində (10,7%), mədənçıxarma sənayesində (10,2%) və nəqliyyat sektorunda (8,9%) baş verməsi müəyyən edilmişdir. Tikinti sektorunda - 65 bədbəxt hadisə baş vermiş (onlardan qrup halında 7 hadisə qeydə alınmışdır) və bu hadisələr zamanı ölənlərin sayı 28 nəfər, xəsarət alanların sayı isə 43 nəfər olmuşdur .

İş qəzası nəticəsində zərərçəkənlərin 26%-nin, ölənlərin isə 31.1%-nin tikinti sektoruna aid olması faktı bir daha təsdiq etmişdir ki, tikinti sektorunda hələ də əmək qanunvericiliyinə, bu sahədə olan digər normativ-hüquqi sənədlərin tələblərinə, əməyin mühafizəsitexniki təhlükəsizlik normalarına və qaydalarına riayət olunmasında problemlər mövcuddur. Tikinti müəssisələrində aparılmış dövlət nəzarəti və bədbəxt hadisələrin təhqiqatı zamanı aşkar olunmuşdur ki, bir çox hallarda yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində və onlardan səmərəli istifadə olunmasında ciddi nöqsanlar qalmaqdadır.

İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması və bu hadisələr zamanı həyatını itirənlərin və xəsarət alanların sayının minimuma endirilməsi məqsədi ilə xidmət tərəfindən bir sıra maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Ötən il sentyabrın 15-dən 21-dək Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ilk dəfə olaraq “Təhlükəsiz həftəsi” elan edilmiş və həmin həftə ərzində aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə tikintibir sıra istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması üçün Bakı və Sumqayıt şəhərlərində yoxlamalar keçirilmiş, aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə icrası məcburi olan göstərişlər verilmiş, nöqsanlara yol vermiş işəgötürənlər barəsində 19 min manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Yoxlamalar zamanı işçilərin həyat və sağlamlığı üçün təhlükə yaradan pozuntulara yol verilmiş 12 tikinti sahəsində və 4 mişardekorativ üzlük daşlarının istehsalı ilə məşğul olan müəssisələrdə (daş karxanalarında) işlər həmin nöqsanlar aradan qaldırılanadək dayandırılmışdır.

Ölkəmizdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi, işçi hüquqlarının təminatı istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

 

Fuad ƏLİZADƏ,

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial

 Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi

Azərbaycan.-2015.- 12 fevral.- S.8.