“Risalə” araşdırmalar toplusu milli-mənəvi sərvətimizdir

 

 

Ədəbiyyat, elm və mədəniyyət tariximizin ən dərin qatlarında mövcud olan ədəbi, mədəni və elmi nümunələri araşdırıb üzə çıxarmaqda və geniş miqyasda təbliğ etməkdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin müstəsna xidmətləri var. Nizami Muzeyi elmi şurasının qərarı ilə çap olunmuş “Risalə” araşdırmalar toplusunun 10-cu cildi söylədiyimiz fikrə daha bir əyani misaldır. “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilmiş həmin “Risalə” Şərq və Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemlərinə  həsr olunmuşdur. “Risalə”nin redaktoru Rafael Hüseynovdur.

Kitabın 10-cu cildinin “Şəxsiyyətlər və yaradıcılıqlar” bölməsində akademik Rafael HüseynovunKlassik irsin min illik təsir dalğası” (XI əsr mütəfəkkiri Baba Tahir Üryanın poeziyasından ədəbi istifadələrin hüdudları) sərlövhəli geniş məqaləsi dərc olunmuşdur.

Bu cilddə həmçinin muzeyin əməkdaşlarından Nərmin Əliyevanın “Şəhriyar qəzəllərinin poetik xüsusiyyətləri”, Cəmilə Mircavadlının “Səalik şairlərin yaradıcılığında azad fikirlilik motivləri”, Ülviyyə Yusifovanın “Abdulla Faruqun əsərlərində qadın azadlığı problemi”, Təranə Rüstəmovanın “XIX əsr Azərbaycan təmsili yeni inkişaf mərhələsində” (A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani yaradıcılığında), Şəhla Abdullayevanın “YusifZüleyxa” rəvayətinin ilkin mənbələri”, Elnarə Zeynalovanın “Xaqani Şirvaninin ərəbdilli yaradıcılığının janr və məzmun xüsusiyyətləri” məqalələri daxil edilmişdir.

“Risalə”nin “Yenimüasir dövrdə ədəbi-mədəni proses” bölməsində Tomiris Babanlının “Müasir Azərbaycan qadın şairlərinin yaradıcılığı ingilis tərcüməsində”, Nuranə Əsədullayevanın “Sovet ədəbiyyatında sosialist realizmi metodu  onun doğurduğu ideoloji düşmən  obrazı”, Təbəssüm Muxtarovanın   Çingiz Abdullayev yaradıcılığının özünəməxsus xüsusiyyətləri”, Solmaz Abdullayeva-Azadovanın  “XX əsr Azərbaycan nəsrinin ingilis dilində əksi”, Aysel Abizadənin “Həsrət və ümid poeziyası”, Aytən Mirqasımovanın “XX əsr Azərbaycan şairi Ağasəlim Fədai”, Kəmalə CəfərovanınXX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatında repressiyaların əksi”. “60-cılar”ın yaradıcılıq aləminə gəlişini şərtləndirən şərait və səbəblər”, Mahirə Hacıyevanın “Yabançı dildə milli özünüifadənin hüdudları” məqalələri öz əksini tapmışdır.

“Risalə”nin 10-cu cildininTarixi mədəni abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq” bölməsində verilmiş məqalələr  də maraqlıdır. Buna misal olaraq Gülsəba Həsənovanın “Nizami muzeyinin heykəltəraşlıq fondu”, Dilbər Rəhimovanın “Mədinədə musiqi sənəti və müğənnilər”, Kəmalə Nuriyevanın “Dildə, fikirdə, işdə birlik: ümumtürk ədəbi dilinin yaradılması ideyası”, Sevinc Ayazqızının (Heydərova) “Tofiq Bayram poeziyası “Ədəbiyyat və incəsənət” qəzetində”, İlahə Məmmədovanın “Məhsəti Gəncəvi tərcüməçisi, şərqşünas alim Pol Smit” sərlövhəli məqalələrini göstərmək olar.

Azərbaycan MEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” araşdırmalar  toplusunun X cildinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Rafael Hüseynov qeyd etmişdir ki, muzeyin əməkdaşlarının elmi araşdırmalarından ibarət “Risalə” toplusu ildə bir dəfə nəşr edilir  məzmunu etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir.

Topluda dərc edilən yazılar ən qədim Azərbaycan ədəbiyyatı və mədəniyyətinin aktuallıq kəsb edən ciddi problemləri ilə bir sırada müasir ədəbiyyat və mədəniyyətin müəyyən aktual məsələlərini əhatə etməklə, “Şəxsiyyətlər və yaradıcılıqlar”, “Klassik irs - tarixi və nəzəri problemlər”, “Yenimüasir dövrdə ədəbi-mədəni proses”, “Tarixi-mədəni  abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq”, “Yubileylər, ildönümlər, konfranslarkimi bölmələrdən ibarətdir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi hər il mütəmadi olaraq 5 toplu buraxır.

“Şərq” tərcümə toplusuna müxtəlif xarakterli mətnlərin əsasən Şərq dillərindən tərcümələri, eləcə də dünaynın məşhur şərqşünas, Azərbaycanşünas araşdırmaçılarının Şərq və Azərbaycanla əlaqədar xüsusi dəyər daşıyan yazılarının Qərb dillərindən çevirmələri daxil edilir.

Ənənəvi olaraqDaşyazmalar”, “Əlyazmalar”, “Yaddaşa yazılanlar” kimi bölmələrdən ibarət olanQaynaqtoplusunda indiyədək tədqiqatdan kənarda qalmış məxəzlər öz əksini tapır.

“Xəzinə” kataloqlar toplusu muzeyin fondlarında qorunan, daimi ekspozisiyasında sərgilənən görkəmli ədəbiyyat və mədəniyyət simalarının şəxsi fondlarının, ayrı-ayrı kolleksiyaların, müxtəlif arxivlərin müfəssəl təsvirini verir.

Toplular sırasının beşinci olan “Məclis” il ərzində muzeydə keçirilmiş tədbirlərin stenoqrafik ifadəsidir.

2004-cü ildən nəşr olunmağa başlayan “Risalə” araşdırmalar toplusu Nizami Muzeyinin ərsəyə gətirdiyi məcmuələr silsiləsindəndir və Ali Attestasiya Komissiyasının təsdiq etdiyi nəşrlər sırasında yer alır.

 

Tofiq ABDULLAYEV

Azərbaycan.-2015.- 12 fevral.- S.10.