Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın məhsuldar
istehsal, ətraf mühit və enerji
nazirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də
Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və
enerji naziri Panayiotis Lafazanisi qəbul edib.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi. Ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.
Söhbət zamanı həyata keçirilən
qlobal enerji layihələrinin
ölkələrin bir-birinə daha da yaxınlaşması və inkişafı
baxımından önəmi vurğulandı.
Azərbaycan.-2015.- 13 fevral.- S.1.