Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri
üzrə xüsusi elçisi və əlaqələndiricisi
Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Görüşdə
Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli
münasibətlərin inkişafından məmnunluq ifadə
olundu, enerji, nəqliyyat və digər layihələrin həyata
keçirilməsi üçün yaxşı potensialın
olduğu vurğulandı və bu istiqamətdə əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2015.- 13 fevral.- S.1.