Müxtəlif mədəniyyətlər və
sivilizasiyalar arasında əlaqələrin
dərinləşdirilməsində
multikulturalizm siyasəti mühüm rol oynayır
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının sədri Kamal Abdullayev
dünya şöhrətli Azərbaycan rəssamı, Himayəçilik
Şurasının üzvü Tahir Salahovla
görüşüb.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən
AzərTAc-a bildirilib ki, görüşdə Mərkəzin
yarandığı gündən bəri görülən
işlər və yaxın gələcəkdə həyata
keçirilməsi planlaşdırılan tədbirlər barədə
söhbət açılıb. Eyni zamanda, müxtəlif mədəniyyətlərin
və sivilizasiyaların qarşılıqlı əlaqələrinin
dərinləşdirilməsində multikulturalizm siyasətinin
önəmindən bəhs edilib. Azərbaycan
Respublikasının multikulturalizmi özünün dövlət
siyasəti kimi qəbul etməsi faktı diqqətə
çatdırılıb, bu siyasətin uğurla həyata
keçirilməsinin əsas şərtləri barədə
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2015.- 14 fevral.- S.4.