Ümumdünya Mədəniyyətlərarası
Dialoq
Forumun təşkilat komitəsinin iclası keçirilmişdir
Fevralın 13-də Mədəniyyət və Turizm Nazirliyində Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilat komitəsinin iclası keçirilib.
Əbülfəs
Qarayevin sədrliyi ilə keçirilən iclasda forumun
proqramı, dəvət olunacaq qonaqların tərkibi və
gündəlikdə nəzərdə tutulan məsələlər
müzakirə olunub.
Nazir forumun, əvvəlki illərdə olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçiriləcəyini, bu il isə ilk dəfə olaraq tərəfdaş qurumların - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı rəhbərlərinin imzası ilə dəvət məktublarının göndərildiyini qeyd edib. Cari ilin mayın 18-19-da keçiriləcək forumda min nəfərə yaxın xarici rəsmi nümayəndələrin iştirak edəcəyi gözlənilir.
Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, forumun təşkilat komitəsinin katibi Vasif Eyvazzadə məruzə ilə çıxış edərək tədbirə hazırlıq işləri, proqramda nəzərdə tutulan məsələlər, gündəlikdə müzakirə olunacaq mövzular, beynəlxalq qurumların təklifləri barədə geniş məlumat verib.
İclas təşkilat
komitəsi üzvlərinin mövzu ətrafında
müzakirələri ilə davam edib.
Azərbaycan.-2015.- 14 fevral.- S.7.