Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Daxili İşlər
Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 6, maddə 416; 2004, ¹ 6, maddə 440, ¹ 9, maddə 674; 2005, ¹ 6, maddə 491, ¹ 12, maddə 1102; 2006, ¹ 7, maddə 592, ¹ 8, maddə 659; 2007, ¹ 6, maddə 615, ¹ 9, maddə 869, ¹ 10, maddə 947, ¹ 11, maddə 1106; 2008, ¹ 3, maddə 168, ¹ 8, maddə 719; 2009, ¹ 5, maddə 322, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 185; 2011, ¹ 2, maddə 85, ¹ 6, maddə 508, ¹ 9, maddə 791; 2012, ¹ 9, maddə 852; 2013, ¹ 5, maddə 511, ¹ 11, maddə 1320; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 419 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.13-cü yarımbəndində “xüsusi rütbələr” sözlərindən sonra “, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2015-ci il
Azərbaycan.-2015.- 15 fevral.- S.2.