Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il   23 sentyabr tarixli 739 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 7, maddə 524; 2011, ¹ 2 maddə 85; 2013, ¹ 6, maddə 632) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 9.5-ci bənd üzrə:

1.1. “və həqiqi hərbi xidmətdə hesab edilirlər” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Kursantlar həqiqi hərbi xidmətdə hesab edilirlər.”.

2. 9.6-cı bənddən “(müdavimlər)” və “və ya xüsusi” sözləri çıxarılsın.

3. 9.16-cı bənddə “və ya” sözləri “, müdavim olmuş məzunlara isə həmçinin” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 fevral 2015-ci il

Azərbaycan.-2015.- 15 fevral.-  S.2.