Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 491; 2011, ¹11, maddə 995; 2013, ¹ 9, maddə 1048; 2014, ¹ 9, maddə 1060, ¹ 10, maddə 1177) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 7.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“7.6. Azərbaycan Respublikasının vətəndaşlığı məsələləri;”.
2. Aşağıdakı məzmunda 7.6-1-ci, 10.8-1-ci, 10.8-2-ci bəndlər və 13.1.17-1-ci, 13.2.8-ci yarımbəndlər əlavə edilsin:
“7.6-1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair məlumatlar;”;
“10.8-1. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilən şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.8-2. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatların Sistemə daxil edilməsi;”;
“13.1.17-1. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları haqqında;”;
“13.2.8. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları haqqında;”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral
2015-ci il
Azərbaycan.-2015.-
15 fevral.-
S.2.