Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Dövlət Miqrasiya
Xidməti haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 239; 2008, ¹ 1, maddə 4, ¹ 3, maddə 168, ¹ 8, maddə 722, ¹ 11, maddə 970; 2009, ¹ 1, maddə 11, ¹ 4, maddə 221, ¹ 7, maddə 532, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 193, ¹ 7, maddə 625; 2011, ¹ 2, maddə 85, ¹ 3, maddə 178, ¹ 11, maddə 994; 2012, ¹ 4, maddə 287; 2013, ¹ 2, maddə 121, ¹ 5, maddə 513, ¹ 9, maddə 1044, ¹ 12, maddə 1551; 2014, ¹ 9, maddə 1063) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 9.18-1-ci bənd əlavə edilsin:
“9.18-1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müəyyənləşdirmək;”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2015-ci il
Azərbaycan.-2015.- 15 fevral.- S.2.