Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 258, ¹ 12, maddə 1058; 2009, ¹ 2, maddə 75, ¹ 7, maddə 532, ¹ 8, maddə 618, ¹ 10, maddə 776; 2010, ¹ 2, maddə 88, ¹ 7, maddə 610, ¹ 8, maddə 717, ¹ 9, maddə 770; 2011, ¹ 4, maddə 282, ¹ 10, maddə 891; 2012, ¹ 8, maddə 787; 2013, ¹ 9, maddə 1046, ¹ 11, maddələr 1321, 1339; 2014, ¹ 2, maddə 122, ¹ 9, maddələr 1027, 1062) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 8.2.4-1-ci və 10.2.2.6-1-ci yarımbəndlər əlavə edilsin:

“8.2.4-1. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatların Sistemə daxil edilməsi;”;

“10.2.2.6-1. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları haqqında;”.

2. 10.2.1.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10.2.1.8-ci yarımbənd əlavə edilsin:

“10.2.1.8. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları haqqında.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 fevral 2015-ci il

Azərbaycan.-2015.- 15 fevral.-  S.2.