“Məhkəmələr və hakimlər
haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 413; 1999, ¹ 5, maddə 284, ¹ 7, maddə 396, ¹ 10, maddə 570; 2001, ¹ 5, maddə 292, ¹ 6, maddə 379, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 4, ¹ 12, maddə 706; 2003, ¹ 6, maddə 278; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 199, ¹ 8, maddələr 597, 598, ¹ 9, maddə 669; 2005, ¹ 1, maddə 7, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4, ¹ 12, maddə 1005; 2007, ¹ 5, maddələr 439, 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078, ¹ 12, maddə 1222; 2008, ¹ 3, maddə 163, ¹ 7, maddə 609; 2009, ¹ 2, maddə 46, ¹ 11, maddə 878; 2010, ¹ 7, maddə 596, ¹ 10, maddə 842; 2011, ¹ 4, maddə 265; 2013, ¹ 1, maddə 21; 2014, ¹ 2, maddə 85, ¹ 7, maddələr 782, 784) aşağıdakı dəyişikliklər edilsin:
1. 94-cü maddənin beşinci hissəsinin ikinci cümləsində
“, apelyasiya məhkəmələrinin,” sözləri “və” sözü ilə əvəz edilsin, “, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin” sözləri isə çıxarılsın.
2. 96-cı maddə üzrə:
2.1. birinci hissənin birinci cümləsində “beş” sözü “üç” sözü ilə əvəz edilsin, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, “- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılsın.
2.2. ikinci - dördüncü hissələr müvafiq olaraq üçüncü - beşinci hissələr hesab edilsin və maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.”.
3. 110-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 110. Hakimlərin həvəsləndirilməsi
Hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barədə aşağıdakı həvəsləndirmə tədbirləri görür:
qiymətli hədiyyə ilə mükafatlandırmaq;
fəxri fərman ilə təltif etmək;
fəxri döş nişanı ilə təltif etmək;
hakimin təltif olunmasına dair müvafiq icra hakimiyyəti orqanına təklif vermək.”.
Maddə 2. Keçid müddəası:
Bu qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il
Azərbaycan.-2015.- 15 fevral.- S.3.