“Dövlət orqanları tərəfindən
həyata keçirilən xidmətlərin
Elektron Reyestrinin aparılması
Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 32 Bakı
şəhəri, 9 fevral 2015-ci il
“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bir ay müddətində göstərilən xidmətlərin Elektron Reyestrə daxil olunmasında iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmişdir
Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin
Elektron
Reyestrinin aparılması
QAYDALARI
1.
Ümumi müddəalar
1.1. Bu
Qaydalar “Dövlət orqanları tərəfindən həyata
keçirilən xidmətlərin Elektron Reyestrinin
yaradılması ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
11 sentyabr tarixli 262 nömrəli Fərmanının 4.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və Azərbaycan Respublikasında
dövlət orqanları tərəfindən həyata
keçirilən xidmətlərin Elektron Reyestrinin
formalaşdırılması, aparılması, istifadəsi və
mühafizəsinin hüquqi və təşkilati əsaslarını
müəyyən edir.
1.2. Bu
Qaydalarda istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.2.1. dövlət xidməti (bundan sonra – xidmət) -
dövlət orqanları tərəfindən səlahiyyətlərinin
icrası zamanı göstərilən və müvafiq
hüquqi nəticənin yaranmasına səbəb olan hərəkətlərin
həyata keçirilməsi;
1.2.2. xidməti həyata keçirən dövlət
orqanı - mərkəzi və ya yerli icra hakimiyyəti
orqanları, onların strukturuna daxil olan yerli bölmələr;
1.2.3. xidmət istifadəçiləri - xidmət
üçün müraciət etmiş dövlət və
yerli özünüidarəetmə orqanları, fiziki və
hüquqi şəxslər;
1.2.4. xidmətlərin Elektron Reyestri (bundan sonra -
Elektron Reyestr) – bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində
göstərilən məlumatları əks etdirən
informasiya ehtiyatı;
1.2.5.
Elektron Reyestr sistemi - Elektron Reyestrin aparılmasını təmin
edən proqram - avadanlıq kompleksindən və informasiya
ehtiyatından (Elektron Reyestr) ibarət sistem;
1.2.6. elektron anket - məlumatların daxil edildiyi
interfeys;
1.2.7. xidmətin reqlamenti - xidmətlə
bağlı Elektron Reyestrə daxil edilən məlumatlar
toplusu.
1.3. Elektron
Reyestrin aparılmasının əsas məqsədləri
aşağıdakılardır:
1.3.1. dövlət orqanlarının göstərdikləri
xidmətlərin ümumi sayının və istiqamətlərinin
(fiziki və hüquqi şəxslərə, dövlət
orqanlarına və s.) müəyyən edilməsi;
1.3.2. xidmətlər haqqında məlumatların
vahid mənbədə toplanması və sistemləşdirilməsi;
1.3.3. xidmət sahələri üzrə
standartların və hər bir xidmətin reqlamentinin müəyyən
edilməsi;
1.3.4. xidmətlərin
elektronlaşdırılması istiqamətində
görülən işlərin sürətləndirilməsi
və bu sahədə prioritet istiqamətlərin müəyyən
edilməsi;
1.3.5. xidmətlərin göstərilməsi
üçün istifadə olunan informasiya sistemlərinin və
informasiya ehtiyatlarının inteqrasiyasının təmin
edilməsi;
1.3.6. xidmətlərin təşkili üzrə
dövlət xərclərinin səmərəli istifadəsi
barədə təkliflərin verilməsi;
1.3.7. eyni məzmunlu xidmətlərin aşkar edilməsi
və təkrarlılığın aradan
qaldırılması ilə bağlı tədbirlərin həyata
keçirilməsi;
1.3.8. yeni növ xidmətlərin yaradılması
yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin
edilməsi;
1.3.9. xidmətlər üzrə təhlillərin,
proqnozlaşdırmanın və monitorinqlərin
aparılması;
1.3.10. vətəndaşların xidmətlər
haqqında ətraflı məlumat əldəetmə
imkanlarının və şəffaflığın təmin
edilməsi;
1.3.11. dövlət orqanlarının fəaliyyətinin
səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi;
1.3.12. xidmətlər üzrə mərkəzləşdirilmiş
məlumat-axtarış bazasının yaradılması.
1.4. Elektron Reyestr və onun informasiya sistemi Azərbaycan
Respublikasının mülkiyyətidir.
1.5. Elektron Reyestrin saxlanılması, fəaliyyəti və
inkişafı üzrə xərclər dövlət büdcəsi
və qanunvericiliklə qadağan edilməyən digər mənbələr
hesabına maliyyələşdirilir.
1.6. Elektron Reyestr Azərbaycan Respublikasının
dövlət dilində elektron daşıyıcılarda
aparılır.
2. Elektron
Reyestrin strukturu və ona daxil edilən məlumatlar
2.1. Elektron Reyestrdə olan məlumatlar onun informasiya
resursunu təşkil edir. Elektron Reyestrə daxil
edilən xidmətlər barədə məlumatlar müxtəlif
sahələr üzrə təsnifləşdirilir
(qruplaşdırılır).
2.2.
Elektron Reyestr aşağıdakı bölmələrdən
ibarətdir:
2.2.1. mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
həyata keçirilən xidmətlərin reyestri;
2.2.2. yerli icra hakimiyyəti orqanları tərəfindən
həyata keçirilən xidmətlərin reyestri;
2.2.3. xidmət göstərən dövlət
orqanı barədə məlumat.
2.3. Bu
Qaydaların 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində
nəzərdə tutulmuş bölmələrə
aşağıdakı məlumatlar daxil edilir:
2.3.1. xidmətin adı;
2.3.2. xidmətin məzmunu;
2.3.3. xidmətin təkrarlanmayan reyestr nömrəsi
və onun Elektron Reyestrdə qeydiyyat tarixi;
2.3.4. xidməti həyata keçirən dövlət
orqanının və (və ya) onun struktur bölməsinin
adı;
2.3.5. xidmətin icrasında iştirak edən
dövlət orqanının və (və ya) onun struktur
bölməsinin adı;
2.3.6. xidmətin hüquqi əsası;
2.3.7. xidmətin həyata keçirilmə formaları;
2.3.8. xidmətin həyata keçirilməsi və nəticəsi
proseduru barədə məlumatlandırma forması;
2.3.9. xidmətin həyata keçirilməsinin nəticəsi;
2.3.10. xidmət istifadəçisi barədə məlumat;
2.3.11. xidmətin həyata keçirilməsi müddəti;
2.3.12. xidmətin həyata keçirilməsi
üçün müraciətlərin qəbulunun vaxtı və
müddəti;
2.3.13. xidmətin göstərilmə yeri;
2.3.14. xidmətin həyata keçirilməsinin
dayandırılması və ya ondan imtina edilməsinin
hüquqi əsasları;
2.3.15. xidmətin həyata keçirilməsi
üçün tələb olunan sənədlər və
onların təqdimedilmə forması;
2.3.16. xidmətin həyata keçirilməsi
üçün doldurulması tələb olunan müvafiq sənədlərin
(ərizə, blank və s.) nümunələri;
2.3.17. xidmətin ödənişli və ya ödənişsiz
əsaslarla həyata keçirilməsi, ödənişli
xidmətin məbləği, hüquqi əsası və
ödənilmə üsulları;
2.3.18. xidmətin həyata keçirilməsi
üçün inzibati prosedurlar;
2.3.19. xidmətlərdən istifadə zamanı
yaranan mübahisələrin məhkəməyəqədər
(məhkəmədənkənar) həlli imkanları barədə
məlumatlar;
2.3.20. xidmətin həyata keçirilməsində
istifadə edilən informasiya sistemi və ehtiyatları;
2.3.21. xidmətin elektronlaşma səviyyəsi;
2.3.22. elektron xidmətin avtomatlaşdırılma səviyyəsi;
2.3.23. xidmətdə dəyişikliklər edilməsinin
və xidmətin ləğv olunmasının hüquqi əsası
və tarixi;
2.3.24. xidmətlərdən istifadə edilməsi barədə
statistik məlumatlar.
2.4. Elektron Reyestrə daxil edilmiş hər bir xidmətə
təkrarolunmaz və dəyişilməz reyestr nömrəsi
verilir. Reyestr nömrəsinin verilməsi
avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı
vasitəsilə həyata keçirilir.
2.5. Bu
Qaydaların 2.2.3-cü yarımbəndində nəzərdə
tutulmuş bölməyə aşağıdakılar daxil
edilir:
2.5.1. xidməti həyata
keçirən orqanın, onun struktur bölməsinin və
xidməti bilavasitə həyata keçirən struktur bölməsinin
poçt və yerləşdiyi ünvanı barədə məlumatlar;
2.5.2. xidməti həyata keçirən orqanın, o
cümlədən xidmət barədə məlumatın, məsləhətlərin
əldə edilə biləcəyi telefon və faks nömrələri,
rəsmi internet informasiya ehtiyatının veb və elektron
poçt ünvanı, iş qrafiki və digər zəruri məlumatlar;
2.5.3. ödənişli xidmət göstərən
dövlət orqanının ödəmə rekvizitləri
(hesabları) barədə məlumatlar.
3. Elektron
Reyestrin operatoru
3.1. Elektron Reyestrin formalaşdırılmasını,
aparılmasını, istifadəsini, mühafizəsini və
bu istiqamətdə əlaqələndirməni təmin edən
səlahiyyətli orqan Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyidir (bundan sonra –
Reyestrin operatoru).
3.2.
Reyestrin operatoru Elektron Reyestrin aparılması üzrə
aşağıdakı funksiyaları həyata keçirir:
3.2.1.
Elektron Reyestrin fəaliyyətinin təşkili, idarə
olunması və inkişaf etdirilməsi;
3.2.2.
Elektron Reyestrlə bağlı metodiki, informasiya-linqvistik,
proqram-texniki dəstəyin təmin edilməsi;
3.2.3. dövlət orqanları tərəfindən həyata
keçirilən xidmətlər barədə məlumatların
yoxlanıldıqdan sonra Elektron Reyestrə daxil edilməsinə
və yenilənməsinə nəzarət;
3.2.4. xidmətlərlə bağlı Elektron Reyestrə
daxil edilmiş məlumatların monitorinqi və təhlillərin
aparılması;
3.2.5. xidmət sahələri üzrə
standartların müəyyən edilməsi ilə
bağlı təkliflərin verilməsi;
3.2.6. yeni növ xidmətlərin yaradılması, həmçinin
xidmətlərin birləşdirilməsi, ayrılması və
digər üsullarla asanlaşdırılması (sadələşdirilməsi)
barədə təkliflərin verilməsi;
3.2.7.
Elektron Reyestrə barəsində məlumat daxil edilmiş xidmətlər
haqqında statistik məlumatların və analitik
hesabatların hazırlanması;
3.2.8. xidmətlərin elektron qaydada təşkili və
həyata keçirilməsi üçün vacib olan
informasiya sistem və ehtiyatlarının inteqrasiyasının
təmin edilməsi ilə bağlı təkliflərin verilməsi;
3.2.9. eyni məzmunlu xidmətlərin aradan
qaldırılması ilə bağlı təkliflərin verilməsi;
3.2.10.
Elektron Reyestrə daxil edilmiş məlumatların arxivləşdirilməsi
və saxlanılması;
3.2.11.
Elektron Reyestrin internet portalının yaradılması və
aktuallığının təmin edilməsi;
3.2.12. Elektron Reyestrin dayanıqlı, fasiləsiz işləməsinin
və informasiya təhlükəsizliyinin təmin edilməsi.
3.3. Xidməti
həyata keçirən dövlət orqanının vəzifəli
şəxsi bu Qaydalarda nəzərdə tutulmuş Elektron
Reyestrə daxil ediləcək məlumatların təqdim
olunmamasına və məzmununa görə məsuliyyət
daşıyır.
4. Elektron
Reyestrin aparılması
4.1. Elektron Reyestrin aparılması üçün xidmət
göstərən dövlət orqanları ilə
qarşılıqlı informasiya mübadiləsi informasiya
sisteminin istifadəçi interfeysi vasitəsilə təmin
edilir.
4.2.
Dövlət orqanı tərəfindən göstərilən
xidmət Elektron Reyestrə daxil edilməsi üçün
aşağıdakı tələblərə (meyarlara) cavab
verməlidir:
4.2.1. xidmət istifadəçisinin müraciəti əsasında
həyata keçirilməli;
4.2.2. dövlət orqanının vəzifələrini
həyata keçirməyə yönəldilməli;
4.2.3. xidmət istifadəçisinin
hüquqlarının həyata keçirilməsinə yönəldilməli
və ya ona maddi və qeyri-maddi nemətlər verilməklə
müvafiq hüquqi nəticənin yaranmasına səbəb
olmalıdır.
4.3. Elektron Reyestrin elektron anketlərinin doldurulması
Reyestrin operatorunun metodiki tövsiyələrinə uyğun həyata
keçirilir.
4.4.
Elektron Reyestrin elektron anketlərinin metodiki tövsiyələrə
uyğun
doldurulması avtomatlaşdırılmış
formal məntiqi yoxlama sistemi vasitəsilə təmin edilir.
4.5.
Elektron Reyestrə xidmətlər barədə məlumatların
daxil edilməsi üçün xidmət göstərən
dövlət orqanı:
4.5.1.
Elektron Reyestrin elektron anketlərinin doldurulması
üçün məsul şəxs (bundan sonra – məsul
şəxs) təyin edir;
4.5.2. məsul şəxs vasitəsilə bu Qaydaların
2.3-cü və 2.5-ci bəndlərinə uyğun olaraq məlumatları
müəyyən edərək Elektron Reyestrin elektron anketlərini
doldurur və elektron imza ilə təsdiq edir;
4.5.3.
Elektron Reyestrə daxil edilmiş məlumatların
tamlığını və düzgünlüyünü
mütəmadi yoxlayır;
4.5.4.
Elektron Reyestrin operatorundan bildiriş aldıqdan 7 (yeddi) iş
günü ərzində Elektron Reyestrin elektron anketləri
üzrə məlumatlarda müvafiq dəyişikliklər edərək
onları yenidən göndərir;
4.5.5.
Elektron Reyestrdə olan məlumatlarda dəyişikliklərin
edilməsi və ya onların çıxarılması
üçün Reyestrin operatoruna müraciət edir;
4.5.6. yeni xidməti müəyyən edən normativ
hüquqi aktın qüvvəyə mindiyi tarixdən 1 (bir)
aydan gec olmayaraq Elektron Reyestrin müvafiq elektron anketləri
üzrə məlumatları təqdim edir.
4.6. Xidmətin
göstərilməsində bir neçə dövlət
orqanı iştirak etdikdə, bu Qaydaların 4.5-ci bəndi ilə
müəyyən edilən vəzifələr xidmətin nəticəsini
təqdim edən dövlət orqanı tərəfindən həyata
keçirilir.
4.7. Elektron Reyestrə xidmətlər barədə məlumatların daxil edilməsi üçün Reyestrin operatoru:
4.7.1. məlumatların təqdim edildiyi gündən 7 (yeddi) iş günü ərzində Elektron Reyestrin müvafiq elektron anketləri üzrə onların tamlığını və düzgünlüyünü yoxlayır;
4.7.2. yoxlama zamanı çatışmazlıq aşkar edilmədikdə, məlumatları təyin etdiyi məsul şəxsin elektron imzası ilə təsdiq edir və Elektron Reyestrin müvafiq bölməsinə daxil edir;
4.7.3. yoxlama zamanı hər hansı çatışmazlıq aşkar edildikdə, bu barədə məlumatı təqdim etmiş dövlət orqanına 1 (bir) iş günü ərzində elektron formada bildiriş göndərir;
4.7.4. Elektron Reyestrdə dəyişikliklər edilməsi zərurəti yarandıqda və ya oradan çıxarılmalı olan məlumatlar aşkar edildikdə xidməti həyata keçirən dövlət orqanına bu barədə elektron formada bildiriş göndərir.
4.8. Elektron Reyestrdən məlumatların çıxarılmasına aşağıdakılar əsasdır:
4.8.1. xidmətin həyata keçirilməsi əsaslarını ləğv edən normativ hüquqi aktın qüvvəyə minməsi;
4.8.2. Elektron Reyestrə daxil edilmiş məlumatların normativ hüquqi aktlarda nəzərdə tutulmaması.
4.9. Elektron Reyestrdə məlumatlarda dəyişikliklərin (düzəlişlərin) edilməsi və ya onların çıxarılması bu Qaydaların 4.2-4.8-ci bəndlərinə uyğun olaraq aparılır.
4.10. Ləğv edilmiş xidmətlər haqqında məlumatlar Elektron Reyestrdən çıxarılır və arxivləşdirilir. Elektron Reyestrdə məlumatların arxivləşdirilməsi müvafiq qanunvericiliyə uyğun aparılır.
4.11. Elektron Reyestrin təşkili və idarə olunması, məlumatların avtomatlaşdırılmış qaydada qəbul edilməsi, toplanılması, işlənilməsi, arxivləşdirilməsi və mühafizəsinin aparılması xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.
4.12. Elektron
Reyestrin mövcud informasiya ehtiyatının təhlükəsizliyinin
təmin edilməsi məqsədi ilə onun aktual ehtiyat
nüsxəsinin mövcudluğu və saxlanılması təmin
edilir.
Azərbaycan.-2015.- 15 fevral.- S.3.