Regional inkişaf proqramları yerlərdəki

 imkanlardan istifadə olunmasına şərait yaradır

 

Regionların  sosial-iqtisadi inkişaf III Dövlət Proqramı

 

Məlum olduğu kimi, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırılması və hərtərəfli inkişafı istiqamətində xüsusən son illər ciddi addımlar atılıb. Belə addımlardan biri regionların hərtərəfli inkişafı üçün dövlət proqramlarının qəbul edilməsidir.

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilin yekunlarına həsr olunmuş konfransında bu sənədlərin ölkə üçün əhəmiyyətinə toxunaraq demişdir: “2014-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Yadımdadır, 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə regionların inkişafı ilə məşğul olacağamproqram qəbul ediləcəkdir. Belə də oldu, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunmuşdur və 5 il ərzində uğurla icra edilmişdir. O vaxt bəyan etmişdim ki, 600 min yeri yaradılacaqdır. Ancaq ondan daha çox yerləri yaradılmışdır. Baxmayaraq ki, o vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduqikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. 2009-cu ildə Azərbaycan artıq ayaqda möhkəm dayanmışdı. Artıq bizim gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ 2009-cu ildə ikinci proqramın icrası ilə bağlı demişdim ki, mən heç bir problem görmürəm. O proqram da artıqlaması ilə icra edilmişdi”.

Dövlət başçısının çıxışından da göründüyü kimi, qəbul edilən proqramlar regionların inkişafında, ümumilikdə isə ölkənin sosial-iqtisadi baxımdan tərəqqisində mühüm rol oynayır. Üçüncü proqramın birinci ilinin nəticələri də bunu təsdiqləyir. İl ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpüyol ötürücüləri tikilibya təmir olunub. Bu dövrdə kənd yollarının tikintisi davam edib, 960 min nəfər əhali yaşayan 597 yaşayış məntəqələrini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri həyata keçirilib. Bunlardan əlavə, bölgələrdə 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilibya əsaslı təmir olunub. Ötən il sosial cəhətdən ən çox müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin ehtiyacları da diqqətdən yayınmayıb. Məcburi köçkünlər üçün 47 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələri üçün 5 yaşayış binası istifadəyə verilib.

Bölgələrin sosial-iqtisadi inkişafında sənayeləşmə proqramlarının icrası da əhəmiyyətli rol oynayır. Belə ki, son illər sənaye müəssisələrinin çox hissəsi regionlarda inşa olunub. Təkcə dövlətin 240 milyon manat maddi dəstəyi, daha dəqiq desək, SKMF-nin güzəştli krediti nəticəsində 19 rayonda 40 quşçuluq təsərrüfatı, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük kompleksləri, 6 rayonda ət kəsimi və emalı müəssisələri yaradılıb. Bunun nəticəsidir ki, son 3 il ərzində ət və ət məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kredit verilib. Bu isə həmin növ məhsullarla ölkənin daxili tələbatının ödənilməsi ilə bərabər, idxal imkanlarımızın artması deməkdir. Ümumiyyətlə, ötən il bölgələrdə 105 sənaye müəssisəsi yaradılıb və “Sənaye ili”ndə bütünlükdə ölkə üzrə qeyri-neft sənaye məhsullarının istehsalı 3 faiz artıb.

Qeyri-neft sektorunda sənayedən sonra ən böyük çəkiyə malik sahə kənd təsərrüfatıdır. Aqrar sektorun inkişafı regionların tərəqqisinə təkan verməklə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasında, xüsusən də işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Digər əhəmiyyəti isə ölkənin ərzaq təhlükəsizliyinin təminatının qarantı olmasıdır.

Son illər ərzaq təhlükəsizliyinin təmin edilməsi daha çox strateji əhəmiyyət daşımağa başlayıb. Səbəb də budur ki, indi ölkələr arasında baş verən siyasi qarşıdurmalar həm də iqtisadi təzyiq vasitəsinə çevrilib. Hər bir ölkə iqtisadi sahədə malik olduğu üstünlüklərdən istifadə edərək digər dövlətlərə siyasi təzyiq göstərir. Bu, əvvəllər ən çox enerji daşıyıcıları vasitəsilə edilərdi. İndi isə ərzağın satışından da siyasi alət kimi istifadə etməyə başlayıblar. Biz bunu Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalardan aydın görürük. Belə imkandan Rusiya da öz növbəsində yararlanır. Məsələn, ötən il Rusiya ölkədən taxıl idxalına qadağa qoydu. Bütün bunlar onu göstərir ki, hər bir dövlət öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Xüsusən də bu, bizim kimi ciddi siyasi və hərbi qarşıdurma regionunda yaşayan ölkəmiz üçün çox önəmlidir.

Elə bu səbəblərdən Azərbaycanda bu il “Kənd təsərrüfatı ilielan olunub. Düzdür, əvvəllər də ölkədə kənd təsərrüfatının inkişafına dövlət daim qayğı göstərib, nəticədə aqrar sektorda xeyli uğurlar qazanılıb. Son 10 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalında 48,9 faiz artımın olması təsadüfi deyil. Yalnız ötən mövsüm kənd təsərrüfatı və ərzaq məhsulları ilə əhalinin təminatı mal əti üzrə 87, qoyun əti üzrə 97, quş əti üzrə 98, yumurta üzrə 100, südsüd məhsulları üzrə 76, taxıl üzrə 60, üzüm üzrə 98, kartof üzrə 90, bostan məhsulları üzrə 100, meyvə və giləmeyvə üzrə 120, tərəvəz üzrə 103, duz üzrə 87, şəkər və şəkərdən hazırlanan məhsullar üzrə 170 faiz olmuşdur.

Statistik rəqəmlərdən görünür ki, ölkədə istehsal olunan taxıl tələbatın 60 faizini ödəyir. Bu problemi aradan qaldırmaq üçün 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılması üçün 47 milyon manat güzəştli kredit verilib. Belə təsərrüfatlarda məhsuldarlıq adətən yüksək olur. Məsələn, ötən dövr ərzində kiçikorta fermer təsərrüfatlarında məhsuldarlıq 23 sentner olduğu halda, iri fermer təsərrüfatlarında bu rəqəm 50 sentnerə çatmışdır.

Göründüyü kimi, regionların sosial-iqtisadi inkişafı ölkənin ümumi tərəqqisində mühüm rol oynayır. Bölgələrin inkişafı ümumilikdə ölkənin qeyri-neft sektorunda məhsul istehsalının artmasına da imkan verir. Qeyri-neft sənayesi ilə aqrar sektorun paralel inkişafı bölgələrin sosial-iqtisadi tərəqqisinə, əhalinin işlə təminatına və rifah halının yaxşılaşmasına şərait yaradır. Yeri gəlmişkən onu da qeyd edək ki, bölgələrdə yaradılan yeni sənaye müəssisələrində məhsul istehsalı zamanı yerli xammaldan da istifadə olunur. Bu isə öz növbəsində digər sahələrin inkişafına təsir edir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident qeyri-neft sənayesinin ölkə üçün əhəmiyyətini qeyd edərək demişdir: “Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Keçən il qeyri-neft sektorumuz 7, 2013-cü ildə isə 9 faiz artmışdır. Bizim ümumu daxili məhsulumuzun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Getdikcə bu rəqəm daha da artacaq və artmalıdır. Biz əlbəttə ki, bu məqsədlərə çatmaq üçün lazımi tədbirləri görürük. Burada sahibkarlığın inkişafı əlbəttə ki, öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektorumuz sahibkarlığın inkişafı hesabına böyük dərəcədə tərəqqi edir”.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2015.- 15 fevral.- S.5.