“Əhalinin sağlamlığının
qorunması haqqında”
Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini
rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 497; 1999, ¹ 5, maddə 285;
2001, ¹ 3, maddələr 141, 142, 143, 144, ¹ 11, maddələr 672,
687, 693; 2002, ¹ 5, maddələr 240, 244, ¹ 6, maddə 328; 2003, ¹
6, maddə 256; 2004, ¹ 4, maddə 199, ¹ 6, maddə 396, ¹ 7, maddə
507; 2006, ¹ 2, maddə 66, ¹ 12, maddə 1028; 2007, ¹ 6, maddə
560, ¹ 11, maddə 1052, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602;
2009, ¹ 2, maddə 46, ¹ 12, maddə 949; 2010, ¹ 11, maddə 962;
2011, ¹ 2, maddələr 70, 71, ¹ 7, maddə 616; 2012, ¹ 6, maddə
510; 2013, ¹ 11, maddələr 1285, 1305, 1316)
aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddənin yeddinci
abzasında “məcburi” sözü “icbari tibbi” sözləri
ilə əvəz edilsin.
2. 11-ci maddənin ikinci hissəsində,
29-cu maddənin dördüncü hissəsində, 31-ci maddənin
üçüncü hissəsində, 33-cü maddənin səkkizinci
hissəsinin ikinci cümləsində, 38-ci maddənin ikinci
hissəsində, 40-cı maddənin üçüncü
hissəsində, 50-ci maddənin yeddinci hissəsində, 51-ci
maddənin beşinci hissəsində, 52-ci maddənin ikinci
hissəsində, 57-ci maddənin ikinci hissəsində və
58-ci maddənin ikinci hissəsində “qanunvericilikdə”
sözü “qanunla” sözü ilə əvəz edilsin.
3.
13-cü maddədə “Respublikasının” sözündən
sonra “sığorta” sözü əlavə edilsin.
4.
53-cü maddənin dördüncü hissəsində və
59-cu maddədə “qanunvericiliyə” sözü “qanuna”
sözü ilə əvəz edilsin.
5. 56-cı maddənin
dördüncü hissəsi aşağıdakı redaksiyada
verilsin:
“Tibb
və əczaçılıq işçiləri əmək
funksiyalarının icrası zamanı bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından
“İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq icbari qaydada sığorta edilirlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 2 fevral 2015-ci il
Azərbaycan.-2015.- 17 fevral.- S.1.