Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini

 və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib

 

 

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da  ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

Azərbaycan.-2015.- 17 fevral.- S.1.