Azərbaycan ilə İran arasında bir sıra sahələrd

 əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub

 

 

Fevralın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.  Əvvəlcə təkbətək keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan-İran münasibətləri dərin tarixi, mədəni köklərə söykənir. İki ölkə arasında əlaqələr xüsusilə son bir ildə sürətlə inkişaf edir. Nazir yaxın gələcəkdə hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb, bu səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsində rolunu qeyd edib.

Elmar Məmmədyarov bildirib ki, iranlı həmkarı ilə görüşdə əsasən ikitərəfli əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub. O, Məhəmməd Cavad Zərifi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət barədə də məlumatlandırdığını söyləyib.

Nazir ikitərəfli və üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. O, İran-Azərbaycan-Türkiyə görüşünün İranda keçiriləcəyini diqqətə çatdırıb.

Bildirilib ki, müzakirələr zamanı diqqət mərkəzindəki əsas məsələlərdən biri də Rəşt-Astara dəmir yolunun tikintisi məsələsi olub.

Məlumat verilib ki, gələn ay Xəzər dənizinin delimitasiyası ilə bağlı 5 sahilyanı ölkənin xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək. Həmin görüş çərçivəsində ikitərəfli görüşlərin də təşkili nəzərdə tutulur.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qonşu ölkələrlə dostluq şəraitində yaşamağın İranın xarici siyasətinin əsas tərkib hissəsi olduğunu deyib. Nazir bildirib ki, birgə əməkdaşlıq, regionda sabitliyinsülhün bərqərar olması əsas məqsədlərdən biridir.

Məhəmməd Cavad Zərif görüşlərdə iki ölkə arasında iqtisadi, siyasi, beynəlxalq əlaqələr, terrorizmlə mübarizə, müdafiə, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunduğunu deyib.

 

AzərTAc

Azərbaycan.-2015.- 17 fevral.- S.1.