Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avropa

 və Avrasiya məsələləri üzrə müavininin başçılıq

 etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nulandın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olundu, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirildi. Söhbət zamanı ölkələrimizin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edildi.

Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülhsabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2015.- 18 fevral.- S.1.