“Delfi” portalında Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva haqqında məqalə dərc
edilib
Baltikyanı
ölkələrdə ən populyar “Delfi” informasiya
portalında Azərbaycan Respublikasının birinci
xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının
keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva haqqında məqalə dərc edilib.
Çoxsaylı fotomateriallarla illüstrasiya edilmiş məqalədə
Mehriban xanımın həyat yolundan bəhs edilir.
Bu
yazı “Delfi” informasiya xəbər portalı ilə Azərbaycanın
Tallindəki səfirliyinin əməkdaşlığı sayəsində,
habelə Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dəstək
Şurasının bu il iyunun 12-28-də Bakıda keçiriləcək
birinci Avropa Oyunlarının populyarlaşdırılmasına
yönəlmiş layihəsinin həyata keçirilməsi
çərçivəsində çap edilmiş silsilə
məqalələrdən biridir.
Ümumiyyətlə,
qarşıdakı Avropa Oyunları və Azərbaycan
haqqında müxtəlif mövzularda 20-dən çox məqalə
dərc edilməsi planlaşdırılır. Hələlik
yalnız eston dilində çap olunan bu məqalələrin
sonradan “Delfi” səhifələrində rus dilində də nəşri
nəzərdə tutulur.
Estoniyalı
oxucular Avropa Oyunlarının keçirilməsi
ideyasının tarixi, Oyunlara hazırlığın
gedişi və təşkilati işin yüksək səviyyədə
olması barədə məlumat alıblar. Estoniya ictimaiyyəti
Azərbaycan haqqında – onun keçmişi və bu
günü, zəngin mədəniyyəti, adət və ənənələri,
o cümlədən keçən əsrin əvvəlində
Estoniya ilə Azərbaycan arasında münasibətlərin
tarixi barədə maraqlı faktlarla tanış olub.
Müasir
Azərbaycan, onun sürətli iqtisadi inkişaf fenomeni barədə
məlumatlar oxucuların xüsusi marağına səbəb
olub.
Qeyd
etmək lazımdır ki, bu məqalələr Estoniya
ictimaiyyəti tərəfindən böyük maraqla
qarşılanır, məqalələrə və onlarla
bağlı şərhlərə baxışların
sayı isə belə deməyə əsas verir ki, Azərbaycan
haqqında rubrika “Delfi” portalının ən populyar
rubrikalarından biridir.
Azərbaycan.-2015.- 18 fevral.- S.3.