Geniş ərazili, bol ehtiyatlı “Azəri”

 

Bu yataqdan neft hasilatına başlanmasının 10 ili tamam olur

 

10 il əvvəlMərkəzi Azəriyatağından neft hasilatına başlandı. Bu, əslində, bütövlükdəAzəriyatağından alınan ilk neft idi. ÇünkiMərkəzi Azəriyataq daxilində yataqdır. Bundan başqa, “Azəri”nin daha iki - qərb şərq hissələri var ki, onların da hərəsi özlüyündə bir yataqdır.

Azəri”nin işlənməsiƏsrin müqaviləsiadını almışAzəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin mühüm bir mərhələsini təşkil edir. Odur ki, bu yataqdan ilk neftin alınmasıƏsrin müqaviləsi”nin kulminasiya nöqtəsi sayılır.

2005-ci il fevralın 18-də “Mərkəzi Azəriplatformasında ilk neftin əldə olunması münasibətilə təntənəli tədbir keçirildi. Prezident İlham Əliyev çıxış edərək dedi: “Bu günAzəriyatağından ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır”.

Azəritəkcə Xəzərdə deyil, bütün dünyada istismar edilməkdə olan ən böyük neft yataqlarından biridir. Onun ərazisinin böyüklüyü, karbohidrogen ehtiyatlarının zənginliyi, vaxtilə, yəni tikinti zamanı işə cəlb edilmiş insanların sayı, indi isə artıq gətirməkdə olduğu gəlirlər belə deməyə əsas verir.

Xatırladaq ki, AÇG layihəsi çərçivəsində ilk neft 1997-ci il noyabrın 12-də “Çıraqplatformasından alınıb. Bundan sonra neft verən ikinci platformaMərkəzi Azəri”dir. “Qərbi Azəri”də neft hasilatına 2006-cı ilin əvvəlində, “Şərqi Azəri”də isə həmin ilin sonunda başlanıb. 2008-ci ilin aprel ayındaDərinsulu Günəşli keçən ilin əvvəlindəQərbi Çıraqplatformaları da neft verib. Beləliklə, indi AÇG müqavilə sahəsində 6 hasilat platforması istismar olunur.Mərkəzi Azəri”nin Dərinsulu Günəşli”nin hərəsində bir kompressor platforması da var.

AÇG-nin bütün platformaları kimi, “Azəri”nin qurğuları da ölkə daxilində inşa edilib. Yataqdakı hasilat platformaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Mərkəzi Azəri”dəki Kompressor Suvurma Platformasının (KvəSP) göyərtəsi Bakının Bibiheybət ərazisindəki ATA (“AMEK-Tekfen-Azfen”) alyansının tikinti-quraşdırma sahəsində inşa edilib. KvəSPAzəri”nin qərb şərq hissələrinə qaz suvurma əməliyyatları, elektrik təchizatı ilə bağlı xidmətlər göstərir.

Azərineftini səmt qazını Səngəçal terminalına çatdırmaq üçün dənizdə ümumi uzunluğu 600 kilometrdən çox olan sualtı borular çəkilib. Terminalda həmin karbohidrogenləri ilkin emal edib müvafiq kəmərlərə vurmaq üçün geniş infrastruktur yaradılıb.

Mərkəzi Azəri”dən çıxarılan neft Səngəçala 30 düymlük sualtı borularla çatdırılır. Yataqda hasil olunan qazın bir hissəsi laylardakı təzyiqi saxlamaq üçün yanacaq kimi platformalarda istifadə olunur. Qalan hissəsi isə 28 düymlük sualtı xətlərlə terminaldakı texnoloji emal qurğularına nəql edilir buradan ölkənin daxili istifadəsi üçünAzəriqazşəbəkəsinə ötürülür.

BP Azərbaycan şirkətindən aldığımız məlumata görə, hazırda bütövlükdəAzəriyatağında 67 quyu istismar olunur. Keçən il orta gündəlik hasilat yatağın mərkəzi hissəsindən 156 min 500, qərb hissəsindən 149 min 300, şərq hissəsindən 74 min 200 barel təşkil edib.

2005-ci ilin əvvəlində istismara verildiyi gündən bəri təkcəMərkəzi Azəri”dən 670 milyon bareldən çox neft alınıb. Qərbi AzəriŞərqi Azəri”dən hasilata başladıqları vaxtdan bəri alınan neftin həcmi isə müvafiq olaraq 620 350 milyon bareldir.

Maraqlıdır ki, “Azəri” yatağının bir sıra quyuları özünə dünyanın ən məhsuldar karbohidrogen quyuları cərgəsində önəmli yer alır. Belə ki, BP şirkəti fəaliyyət göstərdiyi 100-dən çox ölkədə operatoru olduğu layihələr çərçivəsində hər il ən məhsuldar quyuları aşkar edib açıqlayır. Bu quyular sırasında, bir qayda olaraq, “Azəri”dəki quyulardan da bir neçəsi  göstərilir. BP-nin Azərbaycanda 2013-cü ildəki “Davamlı inkişaf haqqında” hesabatında qeyd olunur ki, şirkətin dünyada əməliyyatçılıq etdiyi layihələrdə öz məhsuldarlığı ilə seçilən 25 “rekordçu quyunun 11-i bizim ölkədədir. Bunların da 5-i “Şahdəniz” qaz-kondensat, 5-i “Azəri” və 1-i “Dərinsulu Günəşli” neft yataqlarında yerləşir. Beləliklə, sözügedən 25 ən məhsuldar quyunun 3-ü “Mərkəzi Azəri”də, 2-si “Qərbi Azəri”dədir.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə ilk dəfə məhz “Azəri” nefti vurulub. “Azəri” nefti bu gündünya bazarlarına həmin kəmərlə nəql olunur.

“Mərkəzi Azəri” 10 ildir, demək olar ki, fasiləsiz və təhlükəsiz işləyir. Bu ahəngdarlığı davamlı etmək üçün keçən ilin noyabr ayında platformada planlaşdırılmış profilaktika işləri həyata keçirildi. Bu işlər, adətən, platformalardakı qurğu və avadanlıqların yüksək səmərəliliyini təmin etmək məqsədilə görülür.

Deməli, ehtiyatları hələ bol olan “Mərkəzi Azəri” yatağındakı qurğular bundan sonra da ahəngdar işləyəcək.

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 18 fevral.- S.6.