Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 6 sentyabr tarixli 251 nömrəli
qərarı ilə təsdiq edilmiş “Xüsusi gömrük
prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 37
Bakı şəhəri, 13 fevral 2015-ci il
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1094-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 865 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 6 sentyabr tarixli 251 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 9, maddə 1131) ilə təsdiq edilmiş “Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları”nın 2.8-ci bəndində “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 19 fevral.- S.1.