“Dövlət və yerli
əhəmiyyətli hidrotexniki
qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə
Təsnifatı”nın, “Hidrotexniki
qurğuların dövlət reyestrinin tərtib
olunması və aparılması Qaydaları”nın və
“Mühafizə zonalarının ölçüləri, sərhədləri
və istifadəsi Qaydaları”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 35 Bakı şəhəri,
13 fevral 2015-ci il
“Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1034-IVQD nömrəli Qanununun tətbiqi və “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 308 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 464; 2005, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370, ¹ 7, maddə 647, ¹ 9, maddə 822; 2008, ¹ 5, maddə 432; 2012, ¹ 5, maddə 476; 2013, ¹ 6, maddə 736; 2014, ¹ 1, maddə 69, ¹10, maddə 1316) ilə təsdiq edilmiş “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci hissəsindən “Hidrotexniki qurğunun təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən” sözləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 19 fevral.- S.1.