Ermənistan xarici dəstək göstərilmədən yaşaya bilməz

 

Prezident İlham ƏLİYEV: “Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır”

 

Qarşıya qoyduğu hədəflərə uğurla yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Son 11 ildə ölkəyə uğurla rəhbərlik edən Prezident İlham Əliyev praqmatikrasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafını təmin edib. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkəmizin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Son illər dünyada cərəyan edən proseslər - yaradılan süni münaqişələr göstərir ki, “soyuq müharibə”nin əsas aktorları nəinki ayrı-ayrı dövlətləri siyasiiqtisadi nüfuz dairəsinə salmaq istəyir, hətta onların Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan qanuni sərhədlərini də dəyişdirir, zorakı üsullarla ərazi ilhaqına nail olurlar. Regionda sülh, sabitlikiqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son bir ildə aparılan danışıqlarda da ciddi nəticələr olmadı. Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. BMT qərarlarının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul etdiyi dörd qətnamənin kağız üzərində qalması da təsdiqləyir.

Dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaqbu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Təcavüz aktının baş verməsi ilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT-nin Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün.

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan rəhbəri danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 21 il keçsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki, fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb. Belə görünür ki, hazırda danışıqlar prosesinin dondurulması da məhz nizamlanma prosesinin uzadılmasına, Ermənistanın əlavə vaxt qazanmasına hesablanıb. İşğalçı dövlətin belə mövqe tutması onun Minsk qrupu həmsədrlərinə arxalanması ilə izah olunur.

Minsk qrupuna rəhbərlik edən dövlətlər sanki missiyalarını unudaraq təcavüzkar Ermənistana açıq-aşkar himayədarlıq edirlər. Azərbaycanın iradəsinin əleyhinə olaraq separatçı rejimə hər il maliyyə yardımı göstərirlər. Qondarma, saxta “erməni soyqırımı” iddialarını qəbul etməyən, erməni məkrinə etiraz bildirən vətəndaşlarını cinayət məsuliyyətinə cəlb etmək istəyən dövlət də var.

Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə, nüfuzlu beynəlxalq təşkilatlara etdiyi səfərlərində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu yaxınlarda 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində iştirak edən Prezident İlham Əliyev bildirib: “Düşünürəm ki, Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq yoxdur. Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə, 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürükbu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir”.

Azərbaycanın danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də dolayısı ilə onu təcavüzkarlığa şirnikləndirən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə yaxşı məlumdur. Lakin aşkar görünür ki, geosiyasiiqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin “ikili oyunları” beynəlxalq hüququ iflic duruma gətirib. Dağlıq Qarabağ münaqişəsinə ədalətsiz və “ikili standartyanaşma da kifayət qədər üzdədir. Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi təəssüf ki, etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqisiyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir. Heç bir danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Hər bir danışıqlar prosesində qarşılıqlı güzəştlər də beynəlxalq hüquqla müəyyən olunur. Təcavüzkarla təcavüzə məruz qalan dövlətdən eyni dərəcədə güzəşt tələb etmək isə beynəlxalq hüquq normalarını ayaq altına atmaqdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu da belə bir ədalətsiz mövqeyə tapınıb. Həmsədr dövlətlərin məsuliyyətdən tamamilə yayınması, münaqişə tərəflərinin “istənilən razılaşması”nın məqbul sayılacağını bəyan etməsi isə prinsipsizlik nümunəsi kimi son dərəcə üzücüdür.

Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə hüququnu əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Münxen konfransında Ermənistan Xarici İşlər Nazirliyi nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xalqların öz müqəddəratını təyinetmə hüququ ilə baglı Prezident İlham Əliyevə ünvanladığı suala dövlət başçısı tutarlı cavab verdi:Problem burasındadır ki, nəyə görə münaqişə öz həllini tapmır? Çünki Ermənistan münaqişənin həll olunmasını istəmir. Ermənistanı beynəlxalq hüquq normaları ilə razılaşmağa vadar edən heç bir mexanizm yoxdur. Hər bir münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüququn bu normaları çox aydın şəkildə BMT-nin Nizamnaməsində və Helsinki Yekun Aktında öz əksini tapıb. Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipiöz müqəddəratını təyinetmə ilə bağlı çox aydın tərif var. Biz öz müqəddəratını təyinetmə prinsipinə qarşı deyilik, lakin bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağ erməniləri və Ermənistan ordusu tərəfindən qovulan Dağlıq Qarabağ azərbaycanlıları öz torpaqlarına qayıtdıqdan sonra həyatlarını qurmaq hüququna malik olacaqlar. Lakin bu, ölkənin ərazi bütövlüyünü pozmamalıdır. Ermənistanın cəhd etdiyi kimi, hər hansı bir ölkənin ərazi bütövlüyü güc tətbiq olunaraq dəyişdirilə bilməz. Üstə gəl, istənilən ölkənin ərazi bütövlüyü bu ölkə ilə razılıq əldə olunmadan dəyişdirilə bilməz. Bunlar əsas prinsiplərdir. Mən yenə də deyirəm, biz beynəlxalq hüququn əsas prinsiplərinə qarşı deyilik. Lakin Ermənistan ilk növbədə beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməni yerinə yetirməlidir”.

Azərbaycan daim beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışır. Bu prinsipial və qətiyyətli yanaşma ölkə başçısının bütün xarici səfərlərində dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Azərbaycanın uğurlu xarici siyasət strategiyası Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqlarına uyğun həll ediləcəyinə əminlik yaradır.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 19 fevral.- S.2.