Azərbaycan ilə Avstriya
arasında hərbi sahədə
əməkdaşlığın
inkişaf perspektivləri müzakirə olunub
Fevralın
18-də Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Avstriya Respublikasının
ölkəmizdəki səfiri Aksel Vex ilə
görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi müzakirə edilib. Həmçinin
ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın
inkişaf perspektivləri nəzərdən keçirilib və
regional təhlükəsizlik məsələləri barədə
fikir mübadiləsi aparılıb.
Görüşdə
Avstriya Silahlı Qüvvələrinin Türkiyədə və
Azərbaycandakı hərbi attaşesi, polkovnik Kurt Radner
iştirak edib.
Azərbaycan.-2015.- 19 fevral.- S.2.