Ərzaq təhlükəsizliyi təminatına Zərdab da töhfəsini verməyə çalışır

 

Kənd təsərrüfatı ili

 

Zərdab ölkəmizin kənd təsərrüfatı rayonlarındandır. İldən-ilə rayonda aqrar sahəyə diqqət daha da artırılır. Bunun nəticəsidir ki, ötən il əkin dövriyyəsinə daxil edilmiş torpaqların sahəsi 35851 hektara çatdırılıb. Əkin sahələrinin 50,7 faizini dənli bitkilər, 46,2 faizini yem bitkiləri, 1,4 faizini texniki bitkilər, qalanını isə bostan və tərəvəz əkinləri təşkil edib.

Rayonda fermer təsərrüfatlarının sayı da artmaqdadır. Son məlumata görə, bu təsərrüfatların sayı 44-ə çatıb. Ötən il fermerlərin çəkdiyi zəhmətin bəhrəsi ürəkaçan olub. 18031 hektar sahədən 49732 ton taxıl əldə edilib. Başqa sözlə, hər hektarın orta məhsuldarlığı 27,6 sentner təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 2635 ton çox taxıl istehsalı deməkdir.

Zərdabın torpağı çəltik əkini üçün əlverişlidir - ötən mövsüm 50 hektar çəltik sahəsindən 115 ton məhsul götürülüb. Pambıq istehsalında da artım var. 485 hektardan 282 ton pambıq yığılıb. Pambıqçılığın əvvəlki şöhrəti olmasa da, son dövrlər bu sahənin inkişafında nəzərəçarpacaq dərəcədə irəliləyiş var.

İnkişaf kənd təsərrüfatının digər sahələrində hiss olunur. Quşçuluq, qoyunçuluq, maldarlıq, ət istehsalı intensiv şəkildə artır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Zərdabda balıqçılığın, arıçılığın inkişaf etdirilməsi üçün müəyyən tədbirlər görülür. Hazırda arı təknələrinin sayı 476-ya çatdırılıb. Bu isə proqramda nəzərdə tutulan proqnoz tapşırıqdan 125 ədəd çoxdur.

Kənd təsərrüfatının inkişafı suvarmanın təşkili ilə birbaşa bağlıdır. Ona görə rayon suvarma sistemləri idarəsi əkin sahələrinin suvarma suyu ilə vaxtında səmərəli şəkildə təmin edilməsi üçün nasos stansiyalarının fasiləsiz fəaliyyətinə, kanalların lildən təmizlənməsi işlərinə ciddi fikir verir. Bu baxımdan Pərvanlı, Qoruqbağı, Təzəkənd, Qoşaoba, həmçinin 5 üzən nasos stansiyalarındakı əsaslı təmir-bərpa işlərini qeyd etmək olar.

Meliorasiya Su Təsərrüfatı” ASC-nin Mil-Qarabağ Aşağı Şirvan Kollektorları İstismarı İdarəsi tərəfindən rayon ərazisində 86 km kollektor-drenaj şəbəkəsinin lildən təmizlənməsi bir dəmir-beton körpünün əsaslı təmir işləri görülüb.

Rayonda suvarma suyu ilə yanaşı, içməli su təminatının yaxşılaşdırılmasına da diqqət artırılıb. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən Zərdabda 17 ədəd modul tipli sutəmizləyici qurğu 194 bulaq tikilib istifadəyə verilib. 16 bulaq isə ötən il təmir edilib, eləcə Çallı, Aşağı Seyidlər, Qaravəlli, Xanməmmədli kəndlərində modul tipli sutəmizləyici qurğuların tikintisinə başlanılıb.

Əlbəttə, Zərdab kimi quraqlığa həssas, necə deyərlər, yayında göydən od ələnən bir rayonda insanların istər suvarma, istərsə içməli su təminatının ödənilməsi istiqamətində görülən işlər, nəzərdə tutulan tədbirlər çox əhəmiyyətlidir. Bu məsələlərin həlli kənd adamının işgüzarlığının artmasına, daha məhsuldar çalışmasına, keyfiyyətli məhsul istehsal etməsinə zəmin yaradır. Elə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasının nəticəsidir ki, Regional Meşəsalma Müəssisəsi tərəfindən 50 hektar sahədə müxtəlif növ ağac əkilməklə meşə zolağı salınıb, 2,5 hektar sahədə səpin, 1 hektar sahədə kökləndirmə şöbələri yaradılıb 1400 kiloqram toxum tədarük edilib. Ümumilikdə isə yaşıllaşdırma işləri ilə əlaqədar 600 hektar sahəyə suvarma suyu verilib.

Rayonda kənd təsərrüfatı texnikası ilə təminat məsələsinə ciddi fikir verilir. Lizinq yolu ilə güzəştli kreditlə 8 ədəd taxılyığan kombayn, 2 ədəd MTZ-89 traktoru, 5 ədəd müxtəlif aqreqat alınıb. Fermerlərə vətəndaşlara 13 ədəd traktor, 21 ədəd müxtəlif kənd təsərrüfatı təyinatlı aqreqatlar satılıb. Göründüyü kimi, kənd təsərrüfatı işlərinin kompleks şəkildə yerinə yetirilməsi üçün dövlət lazımi diqqət qayğısını göstərir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyev aqrar sahənin perspektiv imkanlarına da toxunmuşdur: “Bu il “Kənd təsərrüfatı ilielan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı bu qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır, eyni zamanda, kənd təsərrüfatının səmərəliliyinin artırılması üçün tədbirlər görülür. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır.

Biz dünyanın ən qabaqcıl təcrübəsini, müasir texnikanı tətbiq etməliyik, bütün lazımi tədbirləri görməliyik, xidmət lazımi səviyyədə göstərilməlidir.

Mərkəzi orqanlar da burada yeni təkliflərlə çıxış etməlidirlər ki, istifadəsiz torpaqlar olmasın. Onsuz da bizim o qədər də çox torpağımız yoxdur. Icazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki, torpaqdan səmərəli şəkildə istifadə edilməsin. Əksinə, mən keçən il demişəm, bir daha demək istəyirəm ki, hər bir rayonda ixtisaslaşma aparılmalıdır. Hansı rayonda nə əkilməlidir, hansı məhsul yetişdirilməlidir? Budur, bizim əsas işimiz!

Ona görə ki, kənd təsərrüfatının inkişafı prioritet məsələdir”.

Dövlət başçısının fikirləri, tapşırıq və tövsiyələri Zərdabın kənd təsərrüfatı məhsulları istehsalçılarını da daha səmərəli fəaliyyətə ruhlandırır. Onlar yaxşı bilirlər ki, dövlətin qarşıya qoyduğu vəzifələr, bu vəzifələrin həyata keçirilməsi üçün yaratdığı şərait daha uğurlu fəaliyyətə və daha firavan gələcəyə zəmin yaradır.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2015.- 19 fevral.- S.4.