“Aviasiya haqqında” Azərbaycan
Respublikasının
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 689; 2007, ¹ 12, maddə 1218; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 3, maddə 169) 8.6-cı maddəsinin ikinci hissəsində, 19.3, 25.5 və 26.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “beynəlxalq standartlara və tövsiyə olunan beynəlxalq təcrübəyə uyğun olaraq mülki, eksperimental və dövlət hava gəmilərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il
Azərbaycan.-2015.- 20 fevral.- S.1.