Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq
olunmuş “Azərbaycan
Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi haqqında
Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1092-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 598; 2004, ¹ 2, maddə 71, ¹ 12, maddələr 994, 1005; 2005,
¹ 10, maddə 910; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 7, maddə 521, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 9.9-cu bəndə “balıq” sözündən sonra “və digər su bioresursları” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 9.9-1-ci bənd əlavə edilsin:
“9.9-1. Dövlətin balıqmühafizə və akvakultura sahəsində qanunla müəyyən edilmiş vəzifələrini həyata keçirmək;”.
3. 10.37-ci bəndə “balıqçılıq” sözündən sonra “(o cümlədən akvakultura)” sözləri əlavə edilsin.
4. 10.54-cü bənddə “balıqların” sözü “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin.
5. 10.83-cü bənddə “balıqların” sözü “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2015-ci il
Azərbaycan.-2015.- 20 fevral.- S.1.