Regional əməkdaşlıq sahəsində
Azərbaycan-Gürcüstan
münasibətləri nümunəvi xarakter daşıyır
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana
rəsmi səfəri çərçivəsində bu
ölkənin Baş naziri İrakli Qaribaşvili ilə
görüşüb.
Görüşdə
İrakli Qaribaşvili iki ölkə arasında mövcud olan
möhkəm dostluq və strateji tərəfdaşlıq
münasibətlərinin hazırkı inkişafından məmnunluğunu
bildirib. Baş nazir, həmçinin regional əməkdaşlıq
sahəsində Azərbaycan və Gürcüstan arasında
münasibətlərin nümunəvi xarakter
daşıdığını qeyd edib.
Elmar
Məmmədyarov strateji tərəfdaşlıq və dostluq
münasibətlərinin daha da möhkəmləndirilməsinin
iki dövlətin maraqlarına xidmət etdiyini bildirib. Nazir həyata
keçirilən enerji və nəqliyyat layihələrinin
ölkələrimizin və regionun rifahı baxımından
mühüm əhəmiyyət kəsb etdiyini
vurğulayıb.
İrakli
Qaribaşvili reallaşmış enerji və nəqliyyat layihələrində
olduğu kimi, TANAP və TAP layihələrində də
Gürcüstanın etibarlı tərəfdaş olduğunu
diqqətə çatdırıb.
Görüşdə
Azərbaycanın və Gürcüstanının
qarşılıqlı şəkildə bir-birinin ərazi
bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığını dəstəklədikləri
vurğulanıb.
Elmar
Məmmədyarov İrakli Qaribaşvilini iyun ayında
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının
açılış mərasimində iştiraka dəvət
edib.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi
müxbiri
Tbilisi
Azərbaycan.-2015.- 20 fevral.- S.2.