Elmar Məmmədyarov: Azərbaycan
və Gürcüstan strateji
tərəfdaşlardır
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana
rəsmi səfəri çərçivəsində bu
ölkənin xarici işlər naziri Tamar Beruçaşvili
ilə görüşüb.
Görüşdə
ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat,
turizm, humanitar və digər sahələrdə əməkdaşlığın
uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Elmar
Məmmədyarov Azərbaycanın və Gürcüstanın
strateji tərəfdaşlar olduğunu bildirib, bu əməkdaşlığın
hər iki ölkənin müstəqilliyinin möhkəmləndirilməsi
və inkişafı baxımından xüsusi əhəmiyyət
kəsb etdiyini vurğulayıb.
Elmar
Məmmədyarov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin
Azərbaycan və Gürcüstan ilə bərabər regionun
inkişafı üçün zəmin
yaratdığını bildirib. O, Azərbaycana qarşı
yürütdüyü işğalçılıq siyasətinə
görə Ermənistanın bu layihələrdə
iştirakdan kənar qaldığını və regional əməkdaşlıqdan
bəhrələnə bilmədiyini vurğulayıb.
Tamar
Beruçaşvili bu səfərin iki ölkə arasında əlaqələrin
inkişafı baxımdan əhəmiyyətli olduğunu qeyd
edib. Nazir Azərbaycan-Gürcüstan əməkdaşlığının
strateji xarakter daşıdığını bildirib.
İrimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata
keçirilməsi istiqamətində iki ölkə
arasında olan əlaqələrin xüsusi əhəmiyyət
kəsb etdiyini deyən Tamar Beruçaşvili bu layihələrin
Azərbaycan və Gürcüstanın, bütövlükdə
regionun inkişafı üçün vacib olduğunu bildirib.
Görüşdə
Azərbaycanın və Gürcüstanın bir-birilərinin ərazi
bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığını dəstəklədikləri
vurğulanıb.
Görüşdən
sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi
müxbiri
Tbilisi
Azərbaycan.-2015.- 20 fevral.- S.2.