Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər

 

Təəssüf ki, dözümsüzlükksenofobiya müasir dövrdə artıq ən inkişaf etmiş və təminatlı cəmiyyətlərdə belə gündəlik həyatın acı reallığına çevrilib. Bu qorxulu tendensiya ayrı-ayrı dövlətlərin hüdudlarından kənara çıxır və gündəlik həyatımıza transformasiya olunur. Belə təhlükəli tendensiyalardan biri islamofobiyadır. Nə qədər təəccüblü olsa da, bu özünü daha çox liberal Qərbdə göstərir.

 

İslamofobiya'' siyasi leksikonda

 

İlk dəfə “islamofobiya'' terminini 1922-ci ildə xaçlı yürüşlərindən müstəmləkəçilik dövrünədək Avropa və müsəlman dünyası arasında mövcud olmuş çoxsaylı münaqişələrə görə islam dininə mənfi münasibəti göstərmək üçün şərqşünas Etyen Dine “Qərbin gözündə Şərq'' essesində istifadə edib.

Uzun illər xatırlanmayan bu ifadə XX əsrin sonlarında geniş istifadə olunmağa başladı. 1997-ci ildə irrasional, əhalinin bütün təbəqələrində islama qarşı izaholunmaz qorxu və nifrət aşılayan “Runnymede Trust'' adlı Britaniya araşdırma mərkəzinin “İslamofobiya: hər kəs üçün çağırış'' adlı hesabatı sayəsində bu ifadə siyasi leksikona daxil oldu. Sözügedən sənəddə islam qərbdən fərqli deyil, ondan geri qalan mədəniyyət kimi şərh olunurdu. İslam mədəniyyəti isə alternativ fikrə düşmən, digər mədəniyyətlərə təhlükə kimi göstərilirdi.

2001-ci il 11 sentyabr terror aktı bir dönüş nöqtəsi oldu. Bu andan islamofobiya anlayışı dünya KİV-in siyasətçilərinin dilinə düşdü. Sonrakı illərdə bu termin Qərb cəmiyyətinin sağalmaz xəstəliyinə çevrildi. Hazırda islamofobiya - islam dininin qəbul edilməməsi, müsəlmanlara qarşı diskriminasiyanı təqdir edən qorxu üzərində qurulmuş düşüncəni təcəssüm etdirsə , bir çox təhlilçilər bunudüşmən'' axtarışında olan Qərb mədəniyyətininuğurlu'' uydurması kimi şərh edirlər. Təsadüfi deyil ki, özününMədəniyyətlərin toqquşması'' adlı məşhur məqaləsində Hantinqton qeyd edir ki, islamofobiya İslam dövlətlərinin siyasi, hərbi, iqtisadi zəifliyini davam etdirmək üçün yaradılan təbliğat vasitəsi kimi inkişaf etdiriləcək. “Xaçlı yürüşü 2.0: Qərbin islama qarşı yeni müharibəsi'' adlı kitabın müəllifi Con Feffer isə hesab edir ki, xaçlı yürüşlərindən başlayaraq günümüzədək Qərb təmsilçiləri islam dinini ayrı-ayrı tarixi mərhələlərdə baş vermiş hərbi münaqişələr kontekstində nəzərdən keçiriblər.

11 sentyabr terror hadisəsindən sonra faktiki olaraq yeni vəziyyət yarandı. Qərb dövlətlərində işsizlik, iqtisadi tənəzzül, əhalinin qocalması kimi problemlərdən diqqəti yayındırmaq üçün müsəlmanlar qarşısında qorxu təbliğat alətinə çevrilir. SSRİ-nin dağılmasından sonra Qərb dünyasına cəmiyyətin diqqətini gündəmdəki problemlərdən yayındırmaq üçün yenidüşmən'' obrazı tələb olunurdu. Bu “rol'' müsəlmanlarabiçildi''. SSRİ-nin dağılmasından sonra Qərb dövlətlərində daxili, ilk növbədə sosial münaqişələrin güclənməsi, real olaraq təhlükə mənbəyi olmayan, lakin daxili istifadə üçün uyğun olacaqyeni hədəf'' kim seçilsin sualını aktual etdi. Çin Rusiyanın gücü diqqətə alınaraq yekunda seçim bir vaxtlarxristian'' Qərbin varlığına təhlükə olmuş keçmiş tarixi rəqibin, hazırda isədişsiz'' ərəb-müsəlman dünyasınınxeyrinə'' edildi. Son illərdə dünyəvi ərəb dövlətlərində mövcud olan hakimiyyətləri devirərək regiona idarəolunan xaos gətirən Qərb, ilk növbədə ABŞ, beləliklə, niyyətinə çatmış oldu.

Bu gün artıq sirr deyil ki, “Charlie Hebdo'' jurnalında dərc olunan karikaturalar, “Müsəlmanların məsumluğu'' filmi bu kimi provokasiyalar Qərbdə islamofobiyanın yüksəldilməsini təmin etmək üçün gündəmə gətirilir. Bir çox təhlilçilər hesab edirlər ki, söz azadlığı arxasında gizlənərək dini dəyərləri təhqir edənləri müdafiə etməklə Qərb KİV-ləri insanları zorakılığa təhrik edir.

2004-cü ildə BMT Baş katibinin rəhbərliyi iləİslamofobiya ilə mübarizə'' beynəlxalq konfransının keçirilməsinə, Avropa Şurasının isə yüksək səviyyəli görüşlərinin birində islamofobiyanı qınamasına baxmayaraq, Qərb cəmiyyətində irqçi radikal millətçi dairələrin səyi nəticəsində bu tendensiya hər ötən gün daha da güclənir.

 

Diskriminasiya sosial məhrumiyyətlər

 

Daha geniş mənadaislamofobiya'' anlayışı islam dininə qarşı səslənmiş müsəlmanların mənfi reaksiya verdiyi bütün davranış ifadələri özündə birləşdirir. Belə olan halda bu termin bəzi dairələrdəənənəvi'' sərhədlərindən kənara çıxaraq, “islam dininə münasibətdə'' xəbərdarlığın sinonimi kimi şərh olunur. Bu səbəbdəndir ki, bir çox alimlər islamofobiyanı irqi ayrı-seçkilik, antisemitizm, ksenofobiya kimi anlayışlarla bərabər gündəmə gətirirlər.

Bu yanaşmanın təzahürüdür ki, Qərbdə yaşayan müsəlmanlar yerindən başlamış, təhsil prosesi, kütləvi informasiya vasitələrində xəbərlərədək həyatın müxtəlif sferalarında özlərinə münasibətdə diskriminativ münasibəti hiss edirlər. Avropa monitorinq mərkəzinin dərc etdiyiAvropa İttifaqında müsəlmanlar'' hesabatında bu nəticəyə gəlinir ki, qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunması özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etməsi qarşısında duran əsas maneə olaraq qalmaqda davam edir.

Hesabatda qeyd olunur ki, Böyük Britaniyada ölkə üzrə ümumi işsizlik 6% təşkil etsə , immiqrantlar arasında 11%, müsəlman ölkələrin nümayəndələri arasında isə 20% təşkil edir. Almaniyada türklər arasında işsizlik 21% təşkil etdiyi halda, ümumi ölkə üzrə 8% təşkil etməsi haqlı suallar doğurur. Hansı səbəbdəndirsə, liberal Qərbdə gələcək işçilərin namizədliyini gözdən keçirən işəgötürənlər müsəlman işçilərdən imtina etməyə üstünlük verirlər. Sözügedən tendensiya təhsil sahəsində müşahidə olunur. Müsəlmanların ali təhsilə yiyələnməsi qarşısında ciddi əngəllər yaradılır. Bu isə onların gələcək sosial statuslarına təsir edir. Bundan başqa, müsəlmanlar bir qayda olaraq şəraiti daha aşağı səviyyədə olan yerlərdə yaşamağa məcbur olurlar. Bu da onların daha səviyyəli məktəblərə getmək imkanını məhdudlaşdırır.

Müsəlmanlara qarşı neqativ münasibət ümumən bütün immiqrant milli azlıqlara münasibətdə özünü daha qabarıq şəkildə göstərir. Yuxarıda qeyd olunan hesabatda Rotterdamda yaşayan gənc müsəlman qadının başına gələn hadisədən bəhs olunur. Tez-tez verilənGəldiyiniz yerə vaxt qayıtmaq niyyətindəsiniz?'' sualına cavab olaraq müsəlman xanımMənim getməyə yerim yoxdur, çünki mən burada, Rotterdamda doğulmuşam'' cavabını verir. Bu cavab çoxlarının ürəyincə deyil. Davamlı olaraq verilən bu cür suallar isə müsəlmanların vətəndaşları olduqları dövlətdə özlərini gəlmə kimi hiss etmələrinə səbəb olur.

 

İdarə olunanqorxu paradiqmaları''

 

Müsəlmanlarla bağlı Qərbdə formalaşmış bir başqa yanlış təsəvvür isə müsəlmanların şiddətə meyilli olmasına dair ideologiyadır. Bu təbliğatın nəticəsidir ki, aşağıdakı cümlə islamofobiya paradiqmasının ən qorxunc rəsmini göstərmiş olur: “Bütün müsəlmanlar terrorist deyil, amma bütün terroristlər müsəlmandır''. Bu “ictimai rəy”in tam əksi olaraq, Europolun 2013-cü il hesabatında Aİ- baş vermiş 152 terror hücumunun yalnız ikisinindini motivasiya'' məzmunlu olduğu qeyd olunur. Son 5 ildəki statistikaya nəzər yetirdikdədövlətlərində sözdəislamçı terrorçuların'' törətdikləri cinayətlərin sadəcə 2% səviyyəsində olduğu əksini tapır.

Bütün bu stereotipləri bir yerə toplamaqla “müsəlmanların çoxalması Avropanın varlığına təhdiddir'' təməlində kollektiv qorxu paradiqması təbliğ edilir. Bir çox ekspert hesab edir ki, islamofobiyanın gündəmə gəlməsi ilk növbədə Avropada müsəlman əhalinin artması ilə bağlı “qorxu''dur. Avropalıların yaşlanması, əhalinin artımının dayanması faktı diqqətə alınarsa, bu dairələrdə islam tərəfdarlarının üstünlük qazanacağı fikri hakim olub. Qeyd etmək lazımdır ki, doğrudan da, Avropada müsəlmanların sayı artıb, fəqət, iddia edilən yüksək faizlərdə təcəssüm olunmur. PEW Araşdırma Mərkəzinin apardığı təhlilə əsasən Avropada müsəlman əhalisinin sayı 1990-cı ildə 4,1 faiz idisə, 2010-cu ildə sadəcə 6 faizə yüksəlib. Bu fikri təsdiq etmək üçün bir neçə nümunəyə diqqət yetirmək kifayətdir: ən çox müsəlman əhalinin yaşadığı Fransada müsəlmanların gerçək sayı 7,5 faizdir ki, bu da cəmiyyətdə formalaşmış rəyin dörddəbirindən az edir. Bu tendensiya Almaniya (5,8%) və Böyük Britaniyada (4,8%) da təkrarlanır. Hətta hazırkı demoqrafik artım göstəriciləri belə 2030-cu ildə Avropa qitəsindəki bütün müsəlmanların əhalinin 8%-ni təşkil edəcəyini göstərir. Bu rəqəmlər “müsəlmanların yaxın gələcəkdə Avropanı ələ keçirəcəyi'' ideologiyasının əsassız olduğunu göstərir.

Avropa cəmiyyətində müsəlmanların inteqrasiyasına münasibətdə də eyni vəziyyət təkrarlanır. Araşdırma nəticələrinə görə Fransa vətəndaşı olan müsəlman üçün Fransaya bağlılıq, onun millidini mənsubiyyətindən daha öndə gəlir. Bu və yuxarıda sadalanan digər faktlar Avropa cəmiyyətində gerçəkliklə ictimai rəy arasında nə qədər dərin uçurumun mövcud olduğunu göstərir. Bu isə müsəlmanlara qarşı diskriminasiyanın arxasında məqsədli manipulyasiyanın olduğu nəticəsinə gəlməyə əsas verir.

Bu, kimin işinə yarayır'' sualını cavablandırarkən, son illər Avropada faşist siyasəti yürüdən radikal sağın yüksəlişini görməmək imkansızdır. Avropada radikal sağın yüksəlişi Charlie Hebdo hücumundan çox əvvəl başlayıb. Bu tendensiyaya 2008-ci il iqtisadi tənəzzülü çox güclü təkan oldu. Qitə səviyyəsində işsizliyin artması radikal sağı gücləndirdi. Bu da miqrantlara qarşı nifrət və irqçilik dalğasının Avropanı öz cənginə alması ilə nəticələndi. Avropada islamofobiyanın yüksəlişini təsdiq edən digər fakt isə ötən il Avropa Parlamentinə keçirilmiş seçkilərin nəticələri oldu. Seçkilərdə 25% səs toplayan Marin Le PeninMilli cəbhə''si, 28% səs qazanan İngiltərə Müstəqillik Partiyası kimi qüvvələr radikal sağın dəstəkçilərinin sürətlə artdığını göstərir.

Bu diskriminasiyanın nəticəsidir ki, məscid və müsəlman mərkəzlərinə qarşı vandalizm aktları çoxalır, hicab geyinən qadınlara münasibətdə təhqirlər, aeroportlarda əlavə yoxlamalar artır.

Newtimes.az

Azərbaycan.-2015.- 20 fevral.-  S.4.