Azərbaycan Respublikası ilə Macarıstan arasında

 strateji tərəfdaşlıq haqqında” Birgə

 Bəyannamənin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında” 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış Birgə Bəyannamə təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 2 fevral 2015-ci il

Azərbaycan.-2015.- 21 fevral.- S.1.