QKDK və
“ADA” Universiteti arasında
anlaşma
memorandumu imzalanıb
Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi
(QKDK) ilə “ADA” Universiteti arasında
anlaşma memorandumu imzalanıb.
Komitədən AzərTAc-a bildirilib
ki, imzalanma mərasimini giriş sözü ilə açan xarici işlər nazirinin müavini, “ADA” Universitetinin
rektoru, səfir Hafiz Paşayev bildirib ki, universitetin təhsil proqramlarında nəzəriyyə və praktikanın birlikdə tətbiq edilməsinə üstünlük verilir.
Bu baxımdan, “ADA” Universitetinin
biznes məktəbi ölkənin
hökumət və özəl iqtisadi qurumları ilə əməkdaşlıq etməklə,
onları tədris prosesinə cəlb edir, birgə elmi və təlim
layihələri həyata
keçirir.
Hazırda dörd
məktəb (fakültə)
üzrə müxtəlif
sahələrdə bakalavr
və magistr ali dərəcələri
verən universitet
regional elm və təhsil
ocağına çevrilməyi
qarşısına məqsəd
qoyub. Bunu tədris
prosesində müasir
bilik və texnologiyaların tətbiqi,
yerli kadrlarla yanaşı xarici kadrların cəlb edilməsi və beynəlmiləl mühitin
yaradılması nəticəsində
əldə etmək olar. QKDK ilə
əməkdaşlıqdan “ADA” Universitetinin tələbə
və müəllim heyətinin faydalanacağına
şübhə etməyən
H.Paşayev, bununla bağlı öz məmnunluğunu bildirib.
Daha sonra QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan iqtisadiyyatının yüksək
templə davam edən inkişafına töhfə vermək, o cümlədən ictimaiyyətin
qiymətli kağızlar
bazarı barədə
maarifləndirilməsi, bu
bazarın inkişafına
dair elmi tədqiqatların aparılması,
ali təhsil müəssisələrində qiymətli kağızlar bazarına dair biliklərin tədrisi üçün “ADA” Universiteti
ilə əməkdaşlığın
qurulmasını yüksək
qiymətləndirib.
Komitə
sədri “ADA” Universiteti
ilə maliyyə və qiymətli kağızlar bazarında
elm və təhsil sahəsində əməkdaşlığın
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16
may tarixli sərəncamı
ilə təsdiq olunmuş “2011-2020-ci illərdə
Azərbaycan Respublikasında
qiymətli kağızlar
bazarının inkişafı”
Dövlət Proqramının
məqsədlərinə tədbir
iştirakçılarının diqqətini yönəldib.
R.Aslanlı kapital bazarlarının
tədrisi sahəsində
QKDK-nın “ADA” Universiteti
ilə əməkdaşlığının
tələbələrin qiymətli
kağızlar bazarı
sahəsində yüksək
bilik və hazırlığının formalaşdırılmasında
mühüm əhəmiyyət
daşıdığını deyib. O, komitənin
nəzdində yaradılmış
Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən
yerli qiymətli kağızlar bazarının
spesifik xüsusiyyətlərini
vurğulamaqla, kapital bazarlarına dair seminarların təşkil
edilməsinin zəruriliyini
qeyd edib.
Sonra QKDK ilə
“ADA” Universiteti arasında
müştərək layihələrin
planlaşdırılması, elmi-praktik konfransların və seminarların təşkil edilməsini nəzərdə tutan birgə əməkdaşlığa
dair anlaşma memorandumu imzalanıb.
Azərbaycan.-2015.-
21 fevral.- S.2.