2. Əmək məhkumlar üçün mənəvi dayaqdır

 

“Azadlıqda olanda heç vaxt taxta işi ilə məşğul olmamışam. Bura gələndə nədənsə bu işlərə marağım yarandı. Bekar qalmamaq üçün işləməyə başladım və yavaş-yavaş öyrəndim”. Bu sözləri törətdiyi cinayətə görə hazırda məhkumluq həyatı yaşayan Şəmşir Tağıyev deyir. O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində taxtadan müxtəlif suvenirlər, xüsusən də nərd düzəldir...

Məqalədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 və 15 saylı cəzaçəkmə müəssisələrindəki istehsal sahələrindən bəhs edəcəyik. Əvvəlcə paytaxtda yerləşən 10 saylı cəzaçəkmə müəssisəsinə baş çəkdik. Müəssisənin rəisi ədliyyə polkovnik-leytenantı Mirsaleh Seyidov buradakı istehsalat sahələri barədə bildirdi ki, müəssisədə məhkumlar əsasən fərdi əməklə məşğul olurlar. Eyni zamanda, burada tor sexləri də fəaliyyət göstərir. Həmçinin müəssisənin istehsal sahələrindən əldə olunmuş əlavə gəlirlər hesabına istixana da quraşdırılıb. Hər il müxtəlif tərəvəzlərin əkildiyi bu istixanalar daxili tələbat üçün nəzərdə tutulub.

 

İş üçün məhkumlar özləri müraciət edir

 

Sonra istehsal sahələrinə getdik. Öncə müxtəlif suvenirlərin hazırlandığı əl işləri emalatxanasına daxil olduq. Burada hər məhkum bir işlə məşğul olurdu. Biri taxta yonur, biri onun üzərində oymalar edir, digəri də laklama işlərini görürdü. Deyəsən, gəlişimiz emalatxananı daha da canlandırmışdı. Məhkum işçilər həvəslə çalışırdılar. Onlar işlərini sevdiklərini və bundan mənəvi dəstək aldıqlarını bildirdilər. Ona görə ki, işləyərkən əlavə sıxıntılardan uzaq olurlar, başları qarışır və vaxtları sürətlə gedir. Əlbəttə ki, məhkum üçün azadlığa doğru sürətlə ötüb keçən zamandan üstün heçola bilməz.

Müəssisənin əsas istehsalat sahələrindən biri tor sexidir. Məhkumlar üçün lazımi şəraitin yaradıldığı sexdə tor toxumaqdan ötrü müvafiq dəzgahlar quraşdırılıb. Bir neçə məhkum işçinin çalışdığı bu istehsalat sahəsində əsasən dövlət sifarişləri yerinə yetirilir. Müəssisə rəhbərliyinin bildirdiyinə görə, kənar sifarişlər olarsa, istehsal gücünü artırmaq da mümkündür. Bunun üçün müəssisədə hər cür imkan var. Belə olduqda, həm daha çox məhkum işlə təmin olunar...

Dəzgah üzərində toru toxumaqda olan Bəhruz adlı məhkum 4 il 7 ay azadlıqdan məhrum olunduğunu bunun iki ilini artıq geridə qoyduğunu dedi: “Bura gəldiyim ilk gündən müəssisə rəhbərliyinə müraciət etdim ki, işləmək istəyirəm. Sağ olsunlar, müraciətimi nəzərə aldılar o vaxtdan bu işlə məşğulam. İş qədər çətin olsa da, mənə asan görünür. Əsas odur ki, vaxtım getsin. İşlədikcə adam səhvini başa düşür. Düşünürsən ki, azadlığa çıxandan sonra da işləyib çörəkpulu qazana bilərsən”.

 

Dövlət sifarişi olmasa...

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində isə istehsalat sahələri 10 saylı cəzaçəkmə müəssisəsinə nisbətən genişdir. Burada da ənənəvi fərdi əmək sahəsi mövcuddur. Bundan başqa, ərazidə tikiş dəmir sexləri, istixana s. fəaliyyət göstərir. Müəssisənin rəisi ədliyyə polkovniki Vəli Şirinov bizimlə söhbətində bildirdi ki, son 5 ildə istehsalat daha da güclənib. Müəssisədə ümumilikdə 20-25 faiz məhkum işlə təmin olunub. Başqa sözlə desək, 132 nəfər məhkum haqqı ödənilən əməyə cəlb olunub. Onun sözlərinə görə, hər bir işləyən məhkumla mütləq qaydada əmək müqaviləsi bağlanır. İşçilər elektron portalda qeydiyyata düşürlər. Bütün görülən işlər isə əsasən dövlət sifarişi ilə həyata keçirilir. Dövlət sifarişi olmasa, müəssisələrdə aparmaq sadəcə mümkün deyil.

İlk olaraq fərdi əməklə məşğul olan məhkumların əl işlərinə baxdıq. Burada əsasən taxtadan nərd, gəmi, mücrü, stol, stul, sandıq s. suvenirlər düzəldirlər. Özü işlərinin böyük əksəriyyətində klassik üsluba, milli ornamentlərə daha çox rast gəlinir. Tamamlanmaqda olan sandığın üzərində oymalarla klassik naxışların, buta at şəkillərinin həkk olunması bunu bir daha sübut edir.

Məhkumlardan bütün bu naxışları necə işlədiklərini soruşduq. Elçin. İşləmələri o edir”, - deyə onlardan biri küncdəki adama işarə etdi. Yaxınlaşdıq. Özünü təqdim etdikdən sonraNaxışları fotoları əvvəlcə rəssam kağız üzərində canlandırır, sonra biz onu taxtanın üzərinə həkk edirik dəzgahlar vasitəsilə oyma işlərini görürük”, - dedi... Elçin Niftəliyev 2013-cü ildə həbs edilib. Amma oyma işi ilə əvvəllər məşğul olub. Dediyinə görə, hətta özünün emalatxanası var. Məhkumluq həyatında bekar qalmasın deyə burada da sənətini davam etdirir.

 

Məhsulda hər bir məhkumun əməyi var

 

Məhkumların da arasındafəhlə”, “ustabaş ustakimi şərti vəzifələr var. Məsələn, fərdi əmək sahəsində çalışan Hüseynov Faiqi hər kəsbaş ustadeyə çağırır. Sonradan məlum oldu ki, Faiqin özü ustalığı elə məhkumluq həyatında öyrənib: “2008-ci ilin sentyabr ayından buradayam. Gələn kimi öz istəyimlə işə cəlb olunmuşam. O vaxt burada ustalar vardı, amma indi cəzalarını çəkib azadlığa çıxıblar. Mən işi həmin ustalardan öyrəndim. Hazırda da özümün öyrətdiyim 5 nəfər işçi var. Görürəm ki, onlar da işə həvəslidirlər, öyrənirlər. Taxta üzərindəki eskizləri, naxışları özümüz çəkib, özümüz hazırlayırıq. Amma işi yeni öyrənənlər bunu rəssama çəkdirirlər. Mən boş taxtanın üzərinə öz təxəyyülümün məhsulunu köçürürəm. Taxta bəzək vurduqca götürür. İş elədir ki, həm vaxtımız gedir, həm nəsə öyrənirik”.

Biri taxtanı kəsir, biri onu hamarlayır, o biri rəssamlıq işlərini görür. Bir sözlə, ərsəyə gələn məhsulda işləyən hər bir məhkumun əməyi olur.

15 saylı cəzaçəkmə müəssisəsində rəssam Bəhrəm Məmmədov üçün xüsusi otaq ayrılıb. O, bu emalatxananı özünəməxsus üslubda zənginləşdirib. Divarlardan hər üslubda rəsmlər - portret təbiət mənzərələri asılıb. Bəhrəm bir neçə dəfə Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan rəsm sərgilərində iştirak edib. Rəssam əl işləri ilə məşğul olan məhkumlar üçün emalatxanasında tələb olunan eskizləri çəkir.

 

İxtisaslı məhbuslara dərhal verilir

 

Müəssisədəki digər istehsalat bölümünə - tikiş sexinə yan aldıq. 6 nəfərin çalışdığı sexdə yeni tipli tikiş maşınları quraşdırılıb və məhkumların istifadəsinə verilib. Burada Ədliyyə Nazirliyinin Penitensiar xidmət sahəsindəki ehtiyacları ödəmək üçün dəsmallar, örtük və üzlüklər tikilir.

12 ildir ki, dərziliklə məşğul olan məhkum Mövsüm Məlikov buradakı işini çox sevdiyini dedi: “2012-ci ilin may ayından buradayam. Əvvəllər də dərzi kimi işləmişəm. Buna görə də müəssisə rəhbərliyinə işlə bağlı müraciət etdim. Dərhal məni işlə təmin etdilər. Çünki müəssisənin özünə də işi bilən adam lazımdır. Başımı aşağı salıb işləyirəm, bir də görürəm ki, gün bitib. Vaxtım çox sürətlə gedir. Heç bir çətinliyim yoxdur”.

Beləcə, tikiş sexini də tərk edib müəssisənin istehsalat sahələri ilə tanışlığımızı bitmiş hesab etdik. Amma çıxış qapısına doğru irəlilədikcə gördük ki, 10 saylı cəzaçəkmə müəssisəsində olduğu kimi, burada da məhkumlar istixanada hər il müxtəlif tərəvəzlər yetişdirirlər. Hazırda isə bu istixanada pomidor şitillərini görmək mümkündür.

Sonda bir haşiyə çıxmaq istərdik: statistik göstəricilərə görə, Amerika Birləşmiş Ştatlarında məhkumların illik xərci 50 milyard dollara başa gəlir. Lakin dövlət həbsxanaların tabeliyində olan istehsalat müəssisələrində məhkumların əməyindən istifadə edərək 70 milyard dollardan çox gəlir əldə edir. Buna görə də bir çox şirkətlər ucuz işçi qüvvəsi toplamaq üçün öz müəssisələrini xaricdə deyil, həbsxanalarda qururlar. Bu, həm məhbusların islah olunmasına xidmət edir, həm də ümumi ticarətin inkişafına təkan verir.

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2015.- 21 fevral.- S.6.