Bruney-Darüssalamın Sultanı Əlahəzrət
Hacı Həssənal Bolkiaha
Əlahəzrət,
Bruney-Darüssalamın
milli bayramı münasibətilə Sizə və Sizin
simanızda bütün xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram
ki, ölkələrimiz və xalqlarımız
arasındakı dostluq münasibətlərinin, ikitərəfli
və çoxtərəfli qaydada əməkdaşlığımızın
inkişafı yolunda bundan sonra da birgə səylər
göstərəcəyik.
Bu
xoş gündə Sizə möhkəm
cansağlığı və xoşbəxtlik, dost
xalqınıza əmin-amanlıq və firavanlıq
arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 20 fevral 2015-ci il.
Azərbaycan.-2015.- 22 fevral.- S.1.