Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli
qərarı ilə təsdiq edilmiş “Viza blanklarının ciddi
hesabat sənədi kimi
uçotu və tətbiqi
Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 44 Bakı
şəhəri, 19 fevral 2015-ci il
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 822 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 4, II kitab, maddə 203; 2003, ¹ 6, maddə 342; 2008, ¹ 1, maddə 37, ¹ 5, maddə 433; 2014, ¹ 5, maddə 553) ilə təsdiq edilmiş “Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları”nın 1.1-ci bəndində “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” sözləri “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” sözləri ilə və “Qanunlarına” sözü “Qanununa” sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 22 fevral.- S.2.