Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli
qərarı ilə təsdiq edilmiş
“Atçılıq sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 41 Bakı
şəhəri, 18 fevral 2015-ci il
“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 318 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹5, maddə 444; 2014, ¹2, maddə 201, ¹7, maddə 942) ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bəndinin ikinci cümləsi çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 22 fevral.- S.2.