Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 40                                                  Bakı şəhəri, 18 fevral 2015-ci il

 

 

“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 318 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹12, maddə 748; 2008, ¹8, maddə 779; 2011, ¹6, maddə 570; 2014, ¹2, maddə 201) ilə təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”də  aşağıdakı dəyişikliklər edilsin:

1.  2.6-cı bənd ləğv edilsin.

2.  2.8-ci bəndin ikinci cümləsi çıxarılsın.

3. Əsasnaməyə əlavə - “Nəzarət Kitabçası” üzrə:

3.1. 5-ci sütun çıxarılsın;

3.2. 7-ci və 9-cu sütunlardan “və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin imzası” sözləri çıxarılsın;

3.3. 10-cu sütundan “(İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin)” sözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 22 fevral.- S.2.