Ruhlar şəhərinin sakinləri
Qarabağ uğrunda ədalətsiz
müharibənin başlamasından 27 il ötür
Bu
şəhər o şəhərlərdən deyil!
Həm də o şəhərlərə bənzəyir.
Küçələri və səkiləri...
Evləri, meydanları, parkları...
Bazar və mağazaları...
Məktəbləri, uşaq bağçaları...
Qəbiristanlığı...
Hər şey var!
Amma küçələr dağılıb, səkiləri ot basıb...
Evləri və meydanları boşdur, parklarındakı ağaclar çoxdan quruyub, həyətlərdə adam boyundan uca qanqal, alaq otları bitib.
Bazarda, meydan və mağazalarda ins-cins gözə dəymir, mal alıb, mal satan
görünmür.
Məktəbləri və bağçaları uşaq
səsinə həsrət
qalıb...
Daha qəbiristanlıqlarda “Yasin”
oxunmur!
Bura Ağdamdır!..
Bura ruhlar şəhəridir!..
***
Ruhlara işıq və istilik gə
rək deyil!
Heç
sökülüb dağıdılmış,
xaraba qalmış evlərdə işıq yandırıb ocaq qalamaq da mümkün
deyil!
Ruhlar yemək yemirlər!
Odur ki, bir zamanlar
qaynayıb daşan, hətta “atom bombası belə satmağa” qadir olan Ağdam
bazarına, bütün
günü dolub-boşalan
mağazalara ehtiyac yoxdur!
Məktəblilər böyüyüb döyüşçüyə,
şəhidə, məcburi
köçkünə, uşaqlar
isə qaçqın
şəhərciklərindəki yeni məktəblərdə
oxuyan şagirdlərə
çevriliblər.
Təkcə ölülərin “Yasin”ə
ehtiyacı var!
Onlar
Allah kəlamını eşitməkçün
darıxırlar!
Bu aclığı isə yalnız ulu Tanrı özü, Onun sözü dəf edə bilər!
Ona yalvaraq!
***
Ruhlar şəhərinin öz qanunları var!
Bu qanunlar pozulmazdır!
Ruhlar bu şəhərin hüdudlarını tərk
edə bilməzlər!
Ruhlar gördüklərini yadda
saxlayır və heç zaman unutmurlar!
Sonradan bu şəhərin həndəvərinə gələrək
bu yolda şəhid olanların ruhları da burada qalır!
Ruhlar qocalmırlar, güllə
və mərmidən qorxmurlar!
Onlar insan bədənini tərk etdikləri vaxt necədirlərsə,
eləcə də qalırlar!
Özlərinə xas tərzdə sevinir, kədərlənir
və ağrıyırlar.
Eşidir,
görür, qiymətləndirirlər!
Bunların arasında uşaq,
qoca, qadın və keçmiş döyüşçülər var...
Şəhid sayıldıqlarından onlara əzab-əziyyət
verilmir!
Onları
bura bağlayan Vətən sevgisi, torpaq məhəbbətidir!
Elə bilirlər ki, ruhlar şəhərinin hüdudlarını tərk
etsələr, ermənilər
həmişəlik bura
yiyələnəcəklər. Odur ki, gecə-gündüz
ayıq-sayıqdırlar!
Düşmən ruhlar buralara gələ, dolaşa bilməz! Burada güc silahla, kimin “arxalı” olması ilə ölçülmür!
***
Ruhun gücü onun müqəddəs dəyərlərə
tapınmağındadır!..
Ruhun gücü onun torpağın əzəli
və əbədi sahibi olmasındadır!
Ruhun gücü onun ədalətə və Tanrının böyüklüyünə,
gec-tez haqlını müdafiə edəcəyinə
inamındadır!
***
RUHLARIN
KƏDƏRİ VAR!
Onların ailə üzvləri respublikanın bütün
kənd və şəhərlərinə səpələniblər. Uzun müddət əziyyət
və ehtiyac çəkiblər...
Çadırda, şəraitsiz yerlərdə
yaşayıb, işsiz
qalıblar...
İndi hər şey axarına düşüb. Övladla
rı təhsil alıb, ailə qurub.
İndi dövlətin tikdirib təmir etdirdiyi evlərdə və mənzillərdə yaşayırlar.
Artıq hər şeyləri var.
Təkcə torpaq həsrəti
çəkirlər!
Ruhlar qoyub getdikləri doğmalarını və
əzizlərini daim görə bilmədiklərinə
görə kədərlənirlər...
***
RUHLAR
AĞRIYIRLAR!
Onların gözəl və abad şəhərləri,
topdağıtmaz evləri
xaraba və kimsəsiz qalıb.
Yadlar gəlib evləri talan edib daşıyır,
dəmirini, daşını,
taxtasını dinini və Allahını unudanlara satırlar!
Məscidlər dağıdılır, tarixi abidələr məhv edilir!
Bura gələn başqa millətin nümayəndələri
nədənsə gördüklərini
yox, onlara deyilənləri yazıb yayırlar!
Burada torpaqlar
əkilmir, bağlar becərilmir.
Düşmən düşmənliyini davam etdirir!
***
RUHLARIN
TƏSƏLLİSİ DƏ VAR!
Düşmən burada məskunlaşmağa
qorxur!
Bilir ki, bu torpaq
onunku deyil və haçansa yiyəsi gəlib ona sahib duracaq!
Heç
düşmən istəsə
də, məskunlaşmaq
imkanı yoxdur!
Əvvəla, sayı azdır və azalmaqda davam edir.
İkincisi, tikib qurmaq, abadlaşdırmaq onun xislətinə xas deyil!
Üçüncüsü, əkib-becərməyə, tikib-qurmağa
imkanı və vəsaiti yoxdur.
Erməni bayquş kimi xarabalıq sevir.
Ermənidə vətən hissi yoxdur, harada yaxşı yaşasa, oranı özünə “vətən” seçir.
***
RUHLAR SEVİNƏ BİLİRLƏR
Cəbhə xəttinin o tayında məskunlaşan, tikib-quran, əkib-becərən, düşmənə meydan oxuyan həmkəndlilərini görəndə!
Hər dəfə Azərbaycanın Mübariz İbrahimov və Fərid Əhmədov kimi igidlərinin təmas xəttini keçərək düşmən hərbçilərini gəbərtdiklərinin şahidinə çevriləndə!
Düşmən cəbhə xəttində təxribat törədərək vahimə yaratmaq istəyəndə özü ciddi tələfata uğradılaraq onlarla əsgəri leş-leşə söykənəndə!
Azərbaycan hərbçisi tərəfindən erməni vertolyotu vurularaq keçirdikləri təlim gülünc vəziyyətə salınmaqla burnu ovulanda!
Ruhlar nikbindirlər, ruhlar ümidlərini itirmirlər!
Ruhlar xaraba şəhərləri, dağıdılmış qəbiristanlıqları tərk etmək niyyətində deyillər!
Ruhlar tezliklə şəhərə qayıdacağımıza və onu yenidən, əvvəlkindən də yaxşı tikib quracağımıza inanırlar!..
Bəxtiyar SADIQOV
Azərbaycan.-2015.- 22 fevral.- S.3.