III X.D.Venesianın Azərbaycan Respublikasının
Filippin Respublikasında fəxri
konsulu təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. III Xose De Venesia Azərbaycan Respublikasının
Filippin Respublikasında
fəxri konsulu təyin edilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 fevral 2015-ci il
Azərbaycan.-2015.-
24 fevral.- S.2.